Saat:15:58
Haqqımızda

Lavrov erməniləri xəbərdar etdi: “Bakının razılığı olmasa...”

2023-01-18 16:48:00

Lavrov erməniləri xəbərdar etdi: “Bakının razılığı olmasa...”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Azərbaycanla sərhəddə Avropa İttifaqı missiyasını yerləşdirmək niyyətindən danışıb.

Lavrov deyib: “KTMT Azərbaycan ilə Ermənistan sərhədinə missiya göndərməyə tam hazırdır. Lakin erməni tərəfi Aİ ilə razılaşmağa üstünlük verir”.

“Bizim erməni dostlarımız KTMT-nin Azərbaycanla sərhədə missiya göndərməsinin zəruri olduğunu irəli sürdülər və biz həmin missiyanın parametrləri barəsində  sənədi razılaşdırmışdıq. Onu qəbul eləmək mümkün olmadı, çünki erməni həmkarlarımız mətndə Azərbaycanın sərt bir şəkildə pislənilməsini israrla tələb eləməyə başladılar. Biz erməni həmkarlarımıza izah elədik ki, əgər söhbət ittiham eləmək, ritorika, mövqenin ortaya qoyulmasından gedirsə, hər kəsin istədiyini eləmək azadlığı var. Amma əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, onun hansısa bəyanatlarla, xüsusilə də sərt açıqlamalarla şərtləndirilməsi  vacib deyil”.

“Erməni tərəfi Aİ ilə razılaşmaq tərəfdarıdır. Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir Bu missiya Bakının razılığı olmadan gəldiyi üçün sərhəddəki vəziyyəti möhkəmləndirmək əvəzinə, qeyri-məhsuldar ola bilər”.  

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR