Saat:08:26
Haqqımızda

“Azadlıq” radiosu: Aİ Azərbaycanla sərhəd də daxil olmaqla, ümumilikdə Ermənistana 2 illik patrul xidməti göstərəcək

2023-01-17 11:56:00

“Azadlıq” radiosu: Aİ Azərbaycanla sərhəd də daxil olmaqla, ümumilikdə Ermənistana 2 illik patrul xidməti göstərəcək

Hurriyyet.az xəbər verir ki, “Azadlıq Radiosu”nun erməni xidməti anonim mənbələrə istinadla Avropa İttifaqının bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcəyini bildirib. İddiaya görə, bu dəfəki missiya 2 ay deyil, ən azı 2 il fəaliyyət göstərəcək.

Xəbərdə bildirilir ki, bu layihə ötən həftə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsində qəbul edilib, dünən isə müşahidə missiyaları ilə məşğul olan baş idarə tərəfindən təsdiqlənib. Ötən həftənin oktyabr ayında Ermənistan-Azərbaycan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu səfərki Avropa missiyasının müşahidəçiləri bütün Ermənistan ərazisində patrulluq edəcəklər. Ötən dəfəki qrup kimi, bu dəfəki qrupun üzvləri də silahsız olacaqlar.

Dəqiq rəsmi açıqlama verilməsə də, mətbuatda gedən xəbərlərə görə, növbəti missiyasının heyətində 200 nəfərə yaxın avropalı ekspert olacaq.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR