Saat:16:21
Haqqımızda

Dünya pərdəarxası və məcburi təbabət - ABDULLA ŞIXLİNSKİ YAZIR

2023-01-17 09:41:00

Dünya pərdəarxası və məcburi təbabət - ABDULLA ŞIXLİNSKİ YAZIR

Dünya artıq uzun illərdir ki, bir nöqtədən idarə olunur, şahidi olduğumuz, lakin əhalinin böyük bir hissəsinin anlamadığı hadisələr “Dib dövləti”, “Qlobal dünya”, “Dünya pərdəarxası” adları ilə filosoflara, politoloqlara, tarixçilərə məlum olan Nəhəng maliyyə-siyasi mərkəzi tərəfindən hazırlanır, planlaşdırılır və həyata keçirilir. İlk baxışdan lokal, təbii proseslər kimi əhalinin böyük hissəsi tərəfindən qavranılan bu tarixi kataklizmlər, əslində, qlobal mərkəz tərəfindən idarə olunur. Qlobal Mərkəz – “Dib dövləti” absolyut konkret struktur, dünyanı idarə edən gizlin, qeyri-rəsmi strukturdur. Dünyanın bütün maliyyə, bank resursları, siyasi liderlərin seçilməsi və idarə edilməsi prosesləri, lokal müharibələrin yaradılması və gedişi, xəstəliklərin yayılması, dünya səhiyyə sisteminin idarə edilməsi, “infeksion xəstəlik” adı altında bioloji və kimyəvi silahların yayılması, ayrı-ayrı xəstəliklərin müalicə protokollarının yaradılması, uzun müddət əhali arasında istifadə olunan ucuz və effektli dərmanların əsassız olaraq yararsız elan edilməsi, bu dərmanların əvəzinə bahalı, lakin keyfiyyətsiz dərmanların hazırlanıb baha qiymətlərə əhaliyə satılması, əslində, mövcud olmayan infeksion xəstəliklərə qarşı saxta vaksinasiya proseslərinin təşkili məsələləri Qlobal Mərkəz tərəfindən həyata keçirilir. Qlobal Mərkəz “300-lər komitəsi” deyilən qrupun - əsas əmrverici qərargahın təsdiq etdiyi planları həyata keçirir, “300”-lərin icazəsi olmadan dünyada heç bir hadisə baş vermir.

(Əvvəli bu linkdə: Dünya pərdəarxası və məcburi təbabət)

“Vaksinasiya”nın məhz dünya əhalisinin sayının azaldılması məqsədi ilə aparılmasını görkəmli Amerikan həkimi Zelenko, Nobel mükafatı laureatı Lyuk Montanye və başqa görkəmli alimlər də qeyd etmişdilər. Xüsusi qeyd olunmalıdır ki, bu alimlərin bir neçəsi Qlobal Qüvvələr tərəfindən aradan götürülmüşdür. Artıq bütün dünya aldandığını bilir, bu yaxınlarda Türkiyənin və Belçikanın informasiya agentlikləri qəfləti ürək tutmalarından ölən cavan insanların ölüm səbəbinin məhz vaksinlər olduğunu açıq bildirmişdir.

“Dib dövləti”nin hər bir ölkədə emissarları vardır. 2020-ci ildə “Dib dövləti”nin rəsmi bəyənatına görə onlar öz emissarları üçün xüsusi pul kartları tərtib etmişlər, PSİXOBİOTERROR əməliyyatını aparmağa, vaksinasiyanı təbliğ etməyə, insanları qorxu altında saxlamağa görə Qlobalistlərə satılmış həkimlərə külli miqdarda pullar verilirdi. COVİD-19 və vaksinasiya təbliğatını Azərbaycanda ən aktiv aparan emissar həkim-radioloq AYDIN ƏLİYEV olmuşdur. Onun rəhbərliyi altında Azərbaycan Həkimlər Birliyi yaradılmış və bu birliyə vaksinləşməni təbliğ etmək üçün xeyli həkim cəlb edilmişdir. Belə bir sual yaranır: AYDIN ƏLİYEV vaksinasiyanı nəyə görə belə canfəşanlıqla təbliğ edirdi? Belə təbliğatın aparılmasını bəlkə də tarixçiyə, hətta jurnalistə bağışlamaq olar, amma həkimlərə heç vaxt! AYDIN ƏLİYEV o vaxtlar vaksinləşmə əleyhinə olan həkimlərə “DƏLİ”, “BAŞIBOŞ” deyirdi.

Bir daha xatırladıram ki, COVİD törədicisi 2020-2021-2022-ci illərdə xəstələnən heç bir insanın bədənində, dünyanın heç bir ölkəsində tapılmamışdır. Təbabətin bütün qanunlarına görə əgər infeksion xəstəliyin törədicisi adi və ya elektron mikroskop altında tapılmırsa, belə bir xəstəlikdən söhbət gedə bilməz, əksinə, Avropanın və Qazaxıstanın pataloqanatomları “COVİD”-dən ölən xəstələrin ağciyərlərində kimyəvi silahla zədələnmə əlamətlərinin tam toplusunu aşkar etmişdilər. Azərbaycanda AYDIN ƏLİYEV aktiv vaksinasiya təbliğatı aparanda, “vaksin” adlandırılan bu maddənin sınaq müddəti də bitməmişdi. Təbabətin qanunlarına görə, hər bir yeni “dərmanın”, “vaksinin” sınaqdan keçirilmə müddəti 15 ildir.

“Dib dövləti”nin 2002-ci il proqramında “Məcburi təbabətin tətbiq edilməsi və onun tam biznes elementinə çevrilməsi” haqqında xüsusi maddə vardır. Bu proqrama görə təkcə müəyyən xəstəliklərin süni yayılması, məcburi vaksinasiya deyil, həm də dərman maddələrinin tərkibinin saxtalaşdırılması, bəzi kombinəolunmuş preparatlara narkotik maddələrin az miqdarda əlavə edilməsi nəzərdə tutulmuşdur. Burada bir neçə məqsəd güdülür:

1.Xəstəliklərin gedişinin uzadılması: bu farmasevtik kompaniyaların gəlirini artırır. Bu kompaniyalar dünyanın bütün bankları kimi “Dib dövləti”nin nəzarəti altındadır.

Yeri gəlmişkən qeyd edim ki, hal-hazırda insanlar arasında tüğyan edən, şiddətli öskürəklə keçən, yüksək hərarətlə müşayət olunan respirator xəstəlik də Qlobal Qüvvələrin iştirakı ilə yayılan xəstəlikdir. Bu xəstəlik uşaqları və cavan yaşlı insanları daha çox zədələyir.

2. Əvvəllər istifadə edilən, ucuz qiymətə satılan dərmanların istehsalına qadağa qoyulması: hal-hazırda "oletetrin”, “tetrasiklin”, “sulfadimetoksin” kimi ucuz və effektli dərmanların istehsalı dayandırılmışdır. “Korvalol” adlı effektiv və sadə dərmanı da ləğv etmək istəmişdilər. Lakin təxminən 10 il əvvəl Rusiyanın təzyiqi altında “Korvalol” istehsalda qaldı. Müəyyən həkimlərə və alimlərə pul verilir, onlar kütləvi olaraq çıxıb müəyyən dərmanın zərəri barədə saxta məlumat verirlər, dərmanın istehsalı dayandırılır, onun əvəzinə tamamilə yararsız, lakin dəfələrlə baha yeni dərmanlar satışa çıxarılır.

Bu proseslər bütün dünyada gedir. Hal-hazırda isə ümumi dərman qıtlığı dünyanı sarmışdır. Çox maraqlıdır ki, yalnız çox keyfiyyətli dərmanlar yoxa çıxmışdır. Yalnız biznes marağı daşıyan dərmanlar kifayət qədərdir. “Arbidol”, “Polioksidoni”, “İnqavirin” və bir çoxları tamamilə təsirsiz dərmanlardır. Lakin onlar satılır.

“Dib dövləti” yeni pandemiyalar, insanlığa qarşı yeni təxribatlar hazırlamaqda davam edir. Faktiki olaraq 1991-ci ildən sonra yaranmış birqütblü dünya qlobal “Dib dövləti”nə qarşı dayana bilmir, çünki bütün iqtisadi resurslar onların nəzarətindədir. “Dib dövləti”ni neytrallaşdırmaq üçün yeganə vasitə dünyada 2-ci qütbün - Sosialist Düşərgəsinin yaradılmasıdır, bu isə indiki gündə real deyil.

Dünyanın immunologiya, genetika, mikrobiologiya sahəsində çalışan bir çox alimləri COVİD-19 pandemiyasının saxta olması, “vaksinlərin” əslində gen modifikasiyası yaratmaq və insanların – dünya əhalisinin sayını azaltmaq üçün nəzərdə tutulduğunu açıq soylədikləri üçün Qlobal Qüvvələr və onların emissarları tərəfindən qətlə yetirildilər. Lakin hələ də beynəlxalq səviyyədə törədilən bu cinayətlər heç kəsi maraqlandırmır, bu cinayətlər davam edir.

Abdulla ŞIXLİNSKİ

Həkim-psixiatr, ictimai-tibbi analitik

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR