Saat:12:31
Haqqımızda

Dünya pərdəarxası və məcburi təbabət  - ABDULLA ŞIXLİNSKİ YAZIR

2023-01-11 12:52:00

Dünya pərdəarxası və məcburi təbabət  - ABDULLA ŞIXLİNSKİ YAZIR

Dünya artıq uzun illərdir ki, bir nöqtədən idarə olunur, şahidi olduğumuz, lakin əhalinin böyük bir hissəsinin anlamadığı hadisələr “Dib dövləti”, “Qlobal dünya”, “Dünya pərdəarxası” adları ilə filosoflara, politoloqlara, tarixçilərə məlum olan Nəhəng maliyyə-siyasi mərkəzi tərəfindən hazırlanır, planlaşdırılır və həyata keçirilir.

İlk baxışdan lokal, təbii proseslər kimi əhalinin böyük hissəsi tərəfindən qavranılan bu tarixi kataklizmlər, əslində, qlobal mərkəz tərəfindən idarə olunur. Qlobal Mərkəz – “Dib dövləti” absolyut konkret struktur, dünyanı idarə edən gizlin, qeyri-rəsmi strukturdur. Dünyanın bütün maliyyə, bank resursları, siyasi liderlərin seçilməsi və idarə edilməsi prosesləri, lokal müharibələrin yaradılması və gedişi, xəstəliklərin yayılması, dünya səhiyyə sisteminin idarə edilməsi, “infeksion xəstəlik” adı altında bioloji və kimyəvi silahların yayılması, ayrı-ayrı xəstəliklərin müalicə protokollarının yaradılması, uzun müddət əhali arasında istifadə olunan ucuz və effektli dərmanların əsassız olaraq yararsız elan edilməsi, bu dərmanların əvəzinə bahalı, lakin keyfiyyətsiz dərmanların hazırlanıb baha qiymətlərə əhaliyə satılması, əslində, mövcud olmayan infeksion xəstəliklərə qarşı saxta vaksinasiya proseslərinin təşkili məsələləri Qlobal Mərkəz tərəfindən həyata keçirilir. Qlobal Mərkəz “300-lər komitəsi” deyilən qrupun - əsas əmrverici qərargahın təsdiq etdiyi planları həyata keçirir, “300”-lərin icazəsi olmadan dünyada heç bir hadisə baş vermir.

Tolerantlıq nədir?

Beləliklə, Qlobal Mərkəz – “Dib dövləti” - Dünya pərdəarxası 2 bölmədən ibarətdir:

1. Ən yuxarı pillə - “300-lər” komitəsi. Bu komitə neçə əsrlərdən bəri dünyanı idarə edən oliqarxlar, maqnatlar, bankirlərin indiki törəmələridir, dünya hegemonluğu prinsipi bu strukturda nəsildən-nəslə ötürülür: eyni ailələrin nümayəndələri uzun illər dünyanı idarə edirlər.

2. Qlobal Mərkəzin icraçı strukturu: proqramistlər, qlobalistlərə satılmış həkimlər, bəzi siyasi liderlər, öz xalqlarını sevdiklərini bildirən, lakin qlobalistlərin tapşırıqlarını yerinə yetirən müxalifət liderləri və.s.

3. Bu struktur bilavasitə saxta “Covid-19” pandemiyasından sonra yaradılmağa başlayıb: 3-cü pillədə olan struktur əhalinin ən nadan və kütbeyin, savadsız, sistem təfəkkürünə malik olmayan, analitik-proqnostik imkanları sıfıra bərabər olan hissəsindən təşkil olunmağa başlanılıb. Bu pillədə olan insanlar qlobalistlərin tətbiq etdiyi psixotexnoloji metodlar nəticəsində yalnız “Covid-19”; xəstəlik; vaksinasiya vacibdir” psixoloji durumları ilə yaşayan, hətta bugünkü gündə, artıq bütün dünyanın bu fırıldaqdan xəbərdar olduğu bir vaxtda küçədə ağızlarına maska taxıb gəzən insanlardır.

Qlobal Mərkəzlə əlaqədar olan bütün informasiyalar Azərbaycan ictimaiyyəti, hətta bir çox alimlər, həkimlər tərəfindən skeptik qarşılanır, “Qlobal Mərkəz” anlayışının mahiyyəti onlar tərəfindən başa düşülmür, ya da tamamilə yanlış başa düşülür. Halbuki dünyanın bir çox sözügedən alimləri “Qlobal dövlət” haqqında saysız-hesabsız elmi məqalələr, kitablar yazmışlar. Lakin Azərbaycanın bir çox politoloqlarının çıxışlarına qulaq asanda dərhal hiss olunur ki, onların bu problemdən ya xəbərləri yoxdur, ya da bu məsələni anlamaq üçün sadəcə olaraq intellektual resursları yoxdur. 

Mən bir qədər bu günkü gündə baş verən qlobal ictimai-siyasi hadisələrdən misal gətirmək istəyərdim.

1. Ukrayna ətrafındakı dedi-qodular. Rusiya-Ukrayna müharibəsi adında müharibə yoxdur, bu sadəlövh əhaliyə belə təqdim olunur, qlobal qüvvələr “Ukrayna” adlanan ərazidə özlərinin bir çox qlobal planlarını həyata keçirirlər, Rusiya və Ukrayna görünən, sadə əhaliyə təqdim olunmaq üçün seçilmiş obyektlərdir, həm Rusiya, həm Ukrayna, həm də şərti olaraq “Rusiya-Ukrayna” müharibəsi adlandırılmış bu proses idarəolunan bir prosesdir: Qlobal Dünyəvi Dövlətə bu prosesi dayandırmaq lazım olsa, dayandıracaq, lazım olmasa, uzadacaq. Vəssalam. Məşhur Rusiya politoloqu, professor Andrey Fursov deyir: “Dünyanın yenidən bölüşdürülməsi, dünya əhalisinin sayının azaldılması planlarını Dünyəvi Dövlət saxta “Covid-19” pandemiyası ilə başladı, “Ukrayna-Rusiya müharibəsi” adlandırılan bu siyasi oyun planın ikinci seriyasıdır, növbəti seriya dünyanın bütün ölkələrinin iqtisadiyyatının çökdürülməsi, ərzaq və proviziya (dərman) qıtlığıdır. Nəticədə əlacını itirmiş bütün dünya ölkələri-iqtisadi krizis, aclıq, proviziya (dərman) çatışmazlığı, “Qlobal dövlət” tərəfindən təşkil olunmuş lokal müharibələr – “Qlobal dövlət”ə tabe olmalıdır, yəni bütün dünya yeganə bir Dünyəvi Dövlətə tabe olmalıdır”.

2. Sovet Sosialist Respublikaları İttifaqı adını daşıyan bir dövlət “Dünyəvi dövlət”in əli ilə və onlar tərəfindən alınmış Mixail Qorbaçovun texniki rəhbərliyi altında dağıdılmışdır. SSRİ-nin dağıdılması prosesinin əsil mahiyyəti və iştirakçıları haqqında, bu prosesin süni olaraq “Dünyəvi dövlət” tərəfindən yaradılması barədə bu günkü gündə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin  1990-cı illərdəki zabitləri indi tamamilə açıq, heç nəyi gizlətmədən danışırlar. Mixail Qorbaçovun adı isə indi də “Dib dövləti” üzvlərinin siyahısındadır.

Azərbaycanda isə bəzi müxalifətçilər və politoloqlar insanlara yalan məlumat verərək, SSRİ-nin daxili səbəblər nəticəsində dağıldığını deyirlər. Həqiqətdə SSRİ-nin dağılması üçün heç bir daxili səbəb olmayıb, bu nəhəng və möhtəşəm dövlət Mixail Qorbaçovun xəyanəti nəticəsində dağıdılıb.

Yeri gəlmişkən deyim ki, bəzi isterik təbiətli, hadisələrin gedişatından baş aça bilməyən insanlar sosial şəbəkələrdə Ukrayna bayrağını öz statuslarında ucaldaraq, özlərini gülünc vəziyyətə qoyurlar, Ukrayna könüllü olaraq “Qlobal dövlət”in ən sadiq tərəfdarı kimi öz ərazisini bu siyasi oyun üçün təqdim etmişdir, Ukraynanın “Dib dövləti”nə qulluq edən qüvvələri öz əhalisinin taleyi barədə heç də düşünmür, onu da unutmaq lazım deyil ki, “Covid-19 “ saxta pandemiyasını təmin edən kimyəvi silahlar və bioloji agentlər məhz Ukrayna ərazisindən start götürərək, keçmiş sovet respublikalarının ərazisinə Qlobal Qüvvələrin əmri ilə yayılmışdır. Bu barədə Almaniyanın çox rəsmi dairələri açıqlama vermişdir, dəhşətli infeksion xəstəlik törədicilərinin Ukrayna şəhərlərinin ətrafındakı anbarlarda saxlanıldığı və bunun məhz “Dib Dövləti”nin əmri ilə edildiyi haqqında məlumatlar Avropa, Rusiya, hətta ABŞ kütləvi informasiya vasitələrinin tez-tez yaydığı məlumatlardır, Ukrayna rəsmiləri özləri də bunu inkar etmir.

3. Əlbəttə, “Dib dövləti”nin ən “parlaq” əməliyyatı “Covid-19” PSİXOBİOTERROR əməliyyatıdır. Bütün planetdə kimyəvi silahın yayılması, bu silahın tətbiqindən xəstələnmiş insanlara  saxta olaraq “COVİD” diaqnozunun qoyulması, ölən insanların sayının süni surətdə artırılması, qorxudan heykələ çevrilmiş əhaliyə qarşı “VAKSİNASİYA” əməliyyatının tətbiqi. Yalnız 15-25 ilə düzəldilməsi mümkün olan hər hansı vaksini “Dib dövləti”nin tibb alimləri 2-3 həftəyə düzəldib dilsiz-ağızsız, qorxudan başı dumanlanmış əhaliyə yeritdilər. Nəticə necə oldu? Əgər kimsə ətraf mühiti adekvat qavramaq qabilliyyətini itirməyibsə, yan-yörəsinə yaxşı baxsın: elə gün olmur ki, qəfləti ürək tutmasından hansısa cavan insanın öldüyü haqqında məlumatlar yayılmasın. Bu, bütün dünyada baş verir. Həyatını itirən bu insanların əksəriyyəti vaksinləşmiş insanlardır. Gen modifikasiyası funksiyasını daşıyan maye şəklində maddələri insanlara “vaksin” adı altında yeritdilər. Vaksinləşmənin qızğın getdiyi həmin günlərdə “Dib dövləti”nin üzvü Frensis Kennedi öz müsahibələrinin birində demişdi: “Biz dünya əhalisinin bu qədər qaragüruhçu və avam olduğunu təsəvvürümüzə gətirməzdik. Onlar öz ölüm hökmlərinə qol çəkirlər”.

“Vaksinasiya”nın məhz dünya əhalisinin sayının azaldılması məqsədi ilə aparılmasını görkəmli Amerikan həkimi Zelenko, Nobel mükafatı laureatı Lyuk Montanye və başqa görkəmli alimlər də qeyd etmişdilər…

(Ardı var)

Abdulla ŞIXLİNSKİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR