Saat:03:52
Haqqımızda

Cəlilabad sakininin nazirə müraciətinə REAKSİYA – “Bu istiqamətdə müsbət nəticə əldə olunmayıb...”

2024-01-29 19:34:42

Cəlilabad sakininin nazirə müraciətinə REAKSİYA – “Bu istiqamətdə müsbət nəticə əldə olunmayıb...”

Hurriyyet.az saytında dərc olunan “8 baş inəyi oğurlanan Cəlilabad sakinindən nazirə müraciət” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Hurriyyet.az-a bildirilib ki, vətəndaşın 8 baş inəyinin oğurlanması ilə bağlı həyata keçirilmiş tədbirlərə baxmayaraq, hələ bu istiqamətdə müsbət nəticə əldə olunmayıb:

“Cəlilabad rayon sakini İzzət Dünyamalıyevin yaşadığı Soyuqbulaq kəndinin otlaq sahəsindən 8 baş iribuynuzlu heyvanın oğurlanması ilə bağlı müraciəti əsasında 17.08.2018-ci ildə Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaqı aparılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Lakin həyata keçirilmiş tədbirlərə baxmayaraq bu istiqamətdə müsbət nəticə əldə olunmayıb.

Vətəndaş İ.Dünyamalıyev dəfələrlə Cəlilabad RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilib və ona cinayəti törətmiş şəxslərin müəyyən olunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi izah edilib.

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182214