Saat:04:35
Haqqımızda

8 baş inəyi oğurlanan Cəlilabad sakinindən nazirə MÜRACİƏT

2024-01-29 14:49:34

8 baş inəyi oğurlanan Cəlilabad sakinindən nazirə MÜRACİƏT

Fərid Dünyamalıyev: “Polis rəisi hər dəfə deyirdi ki, narahat olma, ya sənin 8 baş inəyini verəcəm, ya da pulunu, amma…”

Cəlilabad rayonu, Soyuqbulaq kənd sakini Dünyamalıyev Fərid İzzət oğlu oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Vilayət Eyvazov!

Öncə onu bildirmək istəyirəm ki, Azərbaycanın çoxsaylı vətəndaşlarının Sizin şəxsiyyətinizə böyük hörməti var. Bu hörməti Siz nazir kimi fəaliyyətə başladığınız vaxtdan qazanmısız.

Cənab nazir!

Bir kənd adamı olaraq, bizim gəlir mənbəyimiz maldarlıq və əkinçilikdən ibarətdir. Mənim gəlirimin əsasını təşkil edən 8 (səkkiz) baş iri buynuzlu mal-qaramı 2018-ci il, avqust ayının 11- dən 12-nə keçən gecə evimizin 200 (iki yüz) metrliyindən oğurladılar. Müraciət etmədiyim idarə, təşkilat qalmadı. Güc strukturlarına müraciət etdim. Məlumatı olanlar da bizi səhv istiqamətə yönəltdilər.

O vaxt Cəlilabad Rayon Polis Şöbəsinin rəisi işləyən Mübariz Quliyevin bu hadisədən 100 % məlumatı vardı. Dəfələrlə onun qəbulunda oldum. Hər dəfədə deyirdi ki, “narahat olma, ya sənin 8 (səkkiz) baş inəyini verəcəm, ya da pulunu”. Amma məsələni qəsdən uzadırdı. Oğruları yerindəcə tuta bilərdilər, ancaq maraqları yox idi. Belə başa düşürəm ki, bunun səbəbi oğrularla dil tapa bilmələri idi.

Cənab nazir!

Mənim sosial durumum param-parça oldu, hələ də özümə gələ bilmirəm. Guya, bu günə kimi də axtarış gedir. Bu işin araşdırılmasına kim mane olur, bilmirəm. Amma bir onu bilirəm ki, iş düzgün getmir.

Sizdən acizanə şəkildə xahiş edirəm, mənim 8 (səkkiz) baş mal-qaramın tapılması üçün nəzarətinizdə olan aidiyyəti qurumlara, şəxsən Cəlilabad Rayon Polis şöbəsinə qəti tapşırığınızı və göstərişinizi verəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.291011