Saat:03:21
Haqqımızda

Zurabişvili Azərbaycan Prezidentini təbrik etmədi, hökumətin kəskin tənqidinə məruz qaldı

2024-02-12 13:50:17

Zurabişvili Azərbaycan Prezidentini təbrik etmədi, hökumətin kəskin tənqidinə məruz qaldı

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, Gürcüstanın baş nazirinin müavini, idman və mədəniyyət naziri Teya Sulukiani dövlət başçısı Salome Zurabişvilini Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə münasibəti ilə təbrik eləmədiyinə görə tənqid edib.
Baş nazirin müavini deyib: "Cənab Əliyevi qələbə münasibəti ilə təbrik etməyən Gürcüstan Prezidentinin susqunluğu, mənim fikrimcə, dövlətimizə zərər vurur. Biz hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, son illərdə geosiyasi riskləri və təhlükəsizlik təhdidləri artan bir regionda yaşayırıq". 
O, Zurabişvilinin Azərbaycan Prezidentini təbrik etməməsinin onun uzaqgörən olmadığını göstərdiyini deyib: "Gürcüstan hökuməti hər gün bu riskləri sığortalamağa çalışır. Bu fonda isə prezident - o, həm də Ali Baş komandandır - bizim qonşumuzu, tərəfdaşımızı, dövlətimizin dostunu seçkilərdə qələbə münasibəti ilə təbrik eləməkdən yayınır. Bu, siyasi cəhətdən uzaqgörən olmamaq deməkdir. Prezident Bakı ilə tərəfdaşlıq münasibətlərinin saxlanılması və inkişafını hədəfə çevirməlidir".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR