Ziyafət Əsgərov və Zahid Oruca yeni VƏZİFƏLƏR VERİLDİ

2022-11-18 16:05:00

Ziyafət Əsgərov və Zahid Oruca yeni VƏZİFƏLƏR VERİLDİ

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.

Hurriyyet.az report.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsinə əsasən, deputat Ramin Məmmədov Azərbaycan-Kamboca, Məşhur Məmmədov Azərbaycan-Sinqapur, Ziyafət Əsgərov Azərbaycan-Tunis, Zahid Oruc isə Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təyin edilib.

Sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.181913