Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranları - Fotolar

2022-12-26 12:42:00

Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranları - Fotolar

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılıb.

Hurriyyet.az xəbər verir ki, jurnalist-bloqer Cavanşir Həsənli Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu bildirib. 

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsini də aldığını açıqlayıb. 

Bundan əlavə C.Həsənli Anar Məmmədovun Londonda elit restoranının da olduğunu qeyd edib. “ Londonda elit restoran Anar Məmmədova 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib”, - deyə bloqer əlavə edib.

O, mövzu ilə bağlı sənədlərin fotolarını da yayıb.

Qeyd edək ki, 2018-ci ildə mətbuatda Anar Məmmədovun İngiltərəyə etdiyi yatırımlar qarşılığında bu ölkənin vətəndaşlığını alması barədə məlumatlar yayılmışdı. (qafqazinfo)








Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133477