Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib
2022-05-27 13:02:00

Sabiq nəqliyyat naziri Ziya Məmmədov bu ilin iyulunda Həcc ziyarətinə yola düşəcək.
Hurriyyet.az xəbər verir ki, Gundem.az-a daxil olan məlumata görə, keçmiş nazir ziyarət üçün tələb olunan sənədləri təqdim edib və tələb olunan 9150 manatı da ödəyib.
Bildirək ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra bir qədər kölgəyə çəkilmişdi. Vaxtının böyük hissəsini anadan olduğu Ucar rayonunun Qazıqumlaq kəndində keçirirdi. Qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında demişdi ki, qardaşı vaxtını Quran oxumaqla keçirir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya