Saat:10:53
Haqqımızda

"Zeytun” aptek yenidən cərimələndi

2022-05-26 23:37:00

"Zeytun Pharmaceuticals" MMC-yə yenidən cərimə protokolu yazılıb.

MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırlatma: "Zeytun Pharmaceuticals" MMC-yə daha əvvəl eyni xəta ilə bir neçə cərimə protokolu yazılıb.
Qeyd: "Zeytun Pharmaceuticals" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Bəhruz Şirəliyevə məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 2 000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 09.10.2014-cü ildir. \\Pravda.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR