Saat:19:39
Haqqımızda

Zeynal Əmrəliyev:“Bütün bunlar Ermənistana dərs olmalıdır”

2025-12-02 18:58:55

Zeynal Əmrəliyev:“Bütün bunlar Ermənistana dərs olmalıdır”

“Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı çox geniş vüsət alıb və faktiki olaraq, Ermənistan və Avropa İttifaqı arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir”. 

Bu sözləri Hurriyyet.az-a Avropa İttifaqı və Ermənistanın ikitərəfli əməkdaşlıqla bağlı strateji gündəlik qəbul etməsinə münasibətini ifadə edən politoloq Zeynal Əmrəliyev deyib.

“Paşinyan hökuməti Rusiyanın orbitinə daxil olan Kollektiv təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən qoparaq, Qərb institutlarına doğru inteqrasiya prosesinə artıq start verib və bu proses hazırda normal şəkildə gedir. Bu baxımdan, Brüsseldə keçirilən üçtərəfli formatda keçirlən görüşdə, hansı ki, burada Ermənistan, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı iştirak edirdi və üçtərəfli razılıq əldə olunmuşdu. Həmin razılığa da müvafiq olaraq Avropa İttifaqı və Ermənistan arasındakı münasibətlər inkişaf edir”,-deyə politoloq əlavə edib. 

Z.Əmrəliyev vurğulayıb ki, Paşinyan hökumətinin əsas niyyəti Ermənistanı Avropa İttifaqına üzv etməkdir:“Yəni mərhələli şəkildə Avropa İttifaqına üzvlüklə ilə bağlı məsələləri həll etməkdir. Bununla bağlı hazırda kifayət qədər real addımlar atılır. Ancaq Ermənistan Avropa İttifaqına, yəni Qərbə güvənib, Rusiyada qıcıq doğuracaq məqamlardan istifadə etməməlidir. Çünki Avropa İttifaqı ümumiyyətlə, Qərb institutlarının Ukrayna və Gürcüstanı hansı vəziyyətə saldığı açıq şəkildə bəllidir. Rusiyanın orbitindən həmin ölkələri çıxarmaq istədilər. Ancaq nə Gürcüstan, nə də Ukrayna nə Avropa İttifaqına, nə də NATO-ya vaxtında üzv edilmədi. Bu səbəbdən də demək olar ki, Rusiyanın qarşısında tək qaldılar. Doğrudur, Ukraynaya kömək göstərilir, ancaq müharibə baş verdi, dəhşətli hadisələrə məruz qaldılar. Gürcüstan prosesdən müəyyən dərəcədə normal çıxa bildi, ancaq Ukraynada faciə baş verdi. Yəni bütün bunlar Ermənistana dərs olmalıdır, Avropa İttifaqına güvənib, çox da irəli getməməlidirlər”.

CAVİD