ZƏRDAB SAKİNLƏRİ AĞACLARIN MƏHV EDİLMƏSİNDƏN ŞİKAYƏTÇİDİR - İsaqbağı kəndində yaşıllıqlar qırılaraq, şum edilib…/ Fotolar

2022-08-03 12:09:00

ZƏRDAB SAKİNLƏRİ AĞACLARIN MƏHV EDİLMƏSİNDƏN ŞİKAYƏTÇİDİR - İsaqbağı kəndində yaşıllıqlar qırılaraq, şum edilib…/ Fotolar

Zərdab rayonunun İsaqbağı kənd sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər kəndin ərazisində meşənin kütləvi səkildə qırılması və yandırılmasına etiraz edirlər:

“Məlumunuz olsun ki, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə məlumat vermiş, şəkil göndərmişik. Bundan sonra Mingəçevir Regional İdarənin əməkdası Raqif Xəlilov gəlib baxış keçirib, yanğına görə yazıb ki, “dovlət ərazisidir”, meşələrin qırılmasını isə guya “tapa bilməyib”. Hansi ki, həmin ərazi 4 ay keçməmiş şum edilib, əkilib. 

Sonra meşələrin qırılması ilə bağlı görüntüləri yenidən nazirə göndərdik. Bu dəfə idarənin hüquqsunasi Ramin Gülmmədov gəldi, amma bu günə kimi cavab verməyib. Belə çıxır ki, biz problemi yazacağıq, onlar gəlib yeyib-içib, alıb gedəcəklər?!”

 

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000104