ZƏNGİN SƏNƏT FƏALİYYƏTİNDƏ - Əhsən Rəhmanlı yazır

2022-05-27 23:15:00

ZƏNGİN SƏNƏT FƏALİYYƏTİNDƏ - Əhsən Rəhmanlı yazır

Azərbaycan musiqisini kamançasız təsəvvür etmək olmaz. Ölkəmizdə zaman-zaman mövcud olaraq uğurlu həyat yaşayan, formalaşaraq inkişaf edən, öz istedadlı, yüksək bacarığa malik ifaçılarını yetirən kamança ifaçılığı sənəti var. Və bu sənət XXI əsrdə daha yüksək mərhələyə qədəm qoyub.

Arzu İzzətulla qızı Səlimova 1959-cu il oktyabrın 8-də Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1966-1973-cü illərdə 28 saylı 8 illik məktəbdə təhsil alıb. 1967-1974-cü ildə uşaq musiqi məktəbinin kamança sinfində oxuyub və onun ixtisas müəllimi Natiqə Babayeva-Əliyeva olub. Buranı fərqlənmə diplomu ilə bitirib. 1974-1978-ci illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində özfəaliyyət kollektivlərinə bədii rəhbər və kamança ixtisası üzrə təhsil alıb. Kamança üzrə onun müəllimləri Mütəllim Novruzov (muğam) və Şəfiqə Eyvazova (not) olub. Ona dirijorluqdan Hacı Xanməmmədov, simfonik orkestr alətləri fənnindən Midhəd Abbasov, harmoniyadan Oqtay Kazımi, partitura oxumaqdan Əziz Əzizov, orkestrləşdirmədən Məmməd Quliyev, Azərbaycan məqamlarından (ladlar) İbrahim Mirzəzadə və ansambl işindən Şəmsi Kərimov dərs deyib.

Bu bacarıqlı əzmkar xanım 1977-ci ildən A.Zeynallı adına Orta İxtisas Musiqi məktəbinin kamança sinifində muğamları tədris etməklə pedaqoji fəaliyyətə başlayıb. İlk anlardan özünü doğruldub və təhsl müəssisəsinin içtimai işlərində də xüsusi fəallıq göstərib.

A.Səlimova 1978-1983-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında kamança və xalq çalğı alətləri dirijoru ixtisası üzrə oxuyub. Burada da nadir sənət adamlarından: kamança sənətindən Şəfiqə Eyvazova, dirijorluq ixtisası üzrə xalq artisti, professor Süleyman Ələsgərov, sonra isə xalq artisti, professor Hacı Xanməmmədovdan dərs alıb. Bu ali təhsil ocağında Arzu xanıma dərs deyən pedaqoqlar sırasında əməkdar incəsənət xadimi bəstəkar Oqtay Kazımi, əməkdar incəsənət xadimi, dirijor, bəstəkar Nazim Əliverdibəyov və başqa böyük sənət adamları da olub. Arzu xanım ali təhsili də fərqlənmə diplomu ilə bitirib.

Bir 2 nəfər və içəridə şəkili ola bilər

Bu danılmaz faktdır ki, Arzu Səlimovanın müəllimlər sarıdan istər orta ixtisas, istərsə də ali təhsil illərində bəxti gətirib. O, adlı-sanlı, samballı, yüksək ixtisaslı insanlardan, məşhur bəstəkarlardan bilik əldə edib. Elə bu səbəbdən də Arzu xanım savadlı, dərin bilikli və yüksək ixtisaslı kadr kimi yetişərək təhsildə, ifaçılıqda öz layiqli yerini tutaraq musiqi cameəsində və xalq arasında tanınıb. Konservaoriyada o, kamança sinfinin müəllimi, ifaçı və dirijorluq ixtisasına yiyələnib. A.Səlimova ali təhsili başa vurub konservatoriyada pedaqoji fəaliyyətdə olaraq kamança və dirijorluq ixtisasından dərs deməyə başlayıb, 1986-cı ildən baş müəllim dəcəsi alaraq işini davam edib.

A.Səlimova təhsil illərində bir sıra festivallarda, baxış müsabiqələrdə layiqincə iştirak edib və daim seçilib. 1977-ci ildə Respublika müsabiqəsinin qaliblərindən biri olaraq I dərəcəli diplomla təltif olunub. 1986-cı ildə o, Zaqafqaziya və Orta Asiya Respublikaları arasında keçirilən Üzeyir Hacıbəyli adına baxış-müsabiqənin I dərəcəli diplomuna layiq görülüb.

O, bütün fəaliyyətini pedaqoji iş və ifaçılıq üzərində qurub. A.Səlimova bır sıra xarici ölkə səfərlərində olaraq milli musiqimizi tərənnüm edib.

Arzu xanım 1989-1990-cı illərdə Qarabağ savaşının alovlandığı zaman Şuşa Musiqi Texnikumunda dövlət imtahan komissiyasının sədri kimi fəaliyyət göstərib. Təhlükədən qorxub çəkinən kişi müəllimlərdən fərqli olaraq cəsur, vətənpərvər A.Səlimova südəmər körpəsini bağrına basaraq Şuşaya yollanıb.

Bu yorulmaz, sənətsevər insan pedaqoji sahədə mühüm işlərə imza ataraq nailliyyətlər əldə edib və yetirmələri ilə daim seçilib. Respublikamızda keçirilən baxış-müsabiqələrdə onun tələbələri həmişə fərqlənmiş və yüksək gösrəricilər əldə etmişlər.

Arzu xanımın nalliyyətəri göz qarşısında olaraq müsiqi tədrisi müəssisələrinə dəvətlər alıb. 34 saylı uşaq musiqi məktəbində dərs deyərkən, şagirdi Fikrət Səlimov 1999-cu ildə Hacı Məmmədov adına baxış-müsabiqənin I dərəcəli diplomantı olub. 2001-ci ildə 10 saylı uşaq musiqi məktəbinn şagirdi Ceyhun Muradov Respublika baxış-müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb. 2005-ci ildə 22 saylı uşaq musiqi məktəbindən Azadə Məmmədova Hacı Məmmədov adına baxış-müsabiqənin I dərəcəli diplomuna, 2014-cü ildə 16 saylı uşaq musiqi məktəbinin şagirdi İlkin Ələkbərov Respublika baxış-müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. İlkin Ələkbərov Rusiya Federativ Republikasının mərkəz şəhəri Moskvada, Minayə Heydərova Latviya Respublikasının paytaxtı Riqada Qran-Pri mükafatı mükafatı əldə etmişdir. A.Səlimovanın çoxsaylı tələbə və şagirdləri müxtəlif festivallar və müsabiqələrdə iştirak edərək fəxri fərmanlara və mükafatlara layiq görülüblər. Arzu xanımın tələbələri arasında dörd əməkdar artist vardır. Bu sırada Respublikanın əməkdar artistləri: İsmayıl Həmidov, Rauf İslamov, Toğrul Əsədullayev və Naxçıvan Respublikasının əməkdar artisti Aqib Seyidovun adını hörmətlə qeyd edirik.

Bir 8 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilər

A.Səlimova ifaçı kimi də sənət meydanındadır. 1969-cu ildən 1971-ci ilə qədər “Qızılgül” məktəbli qızlar ansamblında, 1971-1974-cü illər arasında “Qırmızı qərənfil” məktəblilər ansamblında, 1974-1979-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin “Təranə” Gənclik ansamblının kamança ifaçısı olub. Həmin təşkilatın Əhsən Dadaşov adına “Xatirə” ansamblının bədii rəhbəri xalq artisti Adil Bağırov Arzu xanımı 1979-cu ildə kollektivə dəvət etmişdir. A.Səlimova bu günə qədər “Xatirə” xalq çalğı alətləri ansamblında çalışmaqdadır. Bu 43 ildə Arzu xanım Azərbaycanın bütün məşhur müğənnilərini, sənət korifeylərini və gəncləri ansambl tərkibində, həm də solist olaraq müşayiət etmişdir. Həmçinin bu illər ərzində bəstəkarların ansamblın repertuarında olan mahnılarını, instrumental əsərləri kamançanın səsi ilə dilləndirmişdir. Bütün bunları qeyd etsək, böyük siyahı alınar.

A.Səlimovanın bir sıra tədbirlərdə iştirakını da qeyd etməklə göstərdiyi xidmətlərə ekskurs etmiş oluruq:

1.1979-cu il il. Azərbaycan Bəstəkarlar İttifaqında solo konsert.

2..1980-ci və 1988-ci illər. Moskvada Qlinka adına muzeydə solo konsert.

3.1980-ci, 1983-cü, 1985-ci və 1989-cu illər. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında solo konsert.

4.1982-ci, 1983-cü, 1986-cı, 2005-ci və 2011-ci illər. Krım, Gürcüstan, Leninqrad, Ukrayna və İranda keçirilən Azərbaycan mədəniyyəti həftəsində ifa.

5.1983-cü ildə Azərbaycan Pedaqoji Universitetinin ümumi texniki fənnlər üçün musiqi üzrə kadrların hazırlanmasına həsr olunmuş elmi-metodik konfransda iştirak etmiş və fəxri fərmanla təltif olunmuşdur.

6.1984-cü il. Bakı Mədəni-Maarif Texnikumunda konsert.

7.1-7 aprel 1985-ci il tarixdə Sumqayıt televiziya həftəsində çıxış.

8.1986-cı il Azərbaycan Dövlət Pedaqoji Universitetində “20 ildən sonra” adlı tədbirdə çıxış.

9.1986-cı il mayın 17-də AMK-da keçirilən dövlət tədbirində şıxış.

10.1987-ci il mayın 17-də Lənkəranda keçirilən dövlət tədbirində çıxış.

11.1989-cu il aprelin 18-də öz tələbələri ilə birlikdə solo konsert.

12.1993-cü il. Dövlət Filarmoniyasında keçirilən xeyriyyə konserti.

13.1996-cı, 1998-ci, 2000-ci illər A.Zeynallı adına Musiqi Texnikumunda solo konsert.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

14.2001-ci il. Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən “Füzulinin musiqi dünyası” ədəbi kompozisiyada bədii rəhbər.

15.2003-cü il. R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Əfsanəvi ömrün möhtəşəm akkordları” musiqili-ədəbi kompozisiyada bədii rəhbər.

16.2003-cü il. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Ə.Rəhmətovun “Kamança” konserti. Bu əsərin ilk solo ifaçısı. Keçirilən yer Bakıdakı Alman mədəniyyət mərkəzi Kapellhause.

17.2014-cü il. Beyəlxalq Muğam Mərkəzi. Azərbaycan milli kamera ansamblının konserti. Bədii rəhbər və dirijor.

18.2015-ci il. R.Behbudov adına Dövlət Mahnı Teatrı. Azərbaycan milli kamera ansamblının konserti. Bədii rəhbər və dirijor.

19.2016-cı il. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası. Azərbaycan milli kamera ansamblının konserti. Bədiii rəhbər və dirijor.

20.2017-ci il. Beynəlxalq Muğam Mərkəzi. Azərbaycan milli kamera ansamblının konserti. Bədii rəhbər və dirijor.

A.Səlimova 2009-cu ildən hazırkı dövrə qədər Azərbaycan Teleradio Verilşləri QSC-nin S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti olaraq çalışmaqdadır.

Bu işgüzar, sənətinə ürəkdən bağlı olan insan kompüter üzrə bəzi proqramlarla da tanışdır və elmlə də məşğuldur. O, ölkəmizdəki bir sıra konfranslarda məruzələr və elmi jurnallarda məqalələrlə çıxış edir. Numunə olaraq göstəririk:

1984-cü il. Azərbaycan Pedaqoji İnstitutunda elmi-metodiki konfrans-məruzə.

2009-cu il. Miniatür rəsmlərdə çalğı alətlərimiz. AMK-nın Konservatoriya jurnalı-məqalə.

2012-Qobustan incəsənət toplusu-məqalə.

2012-ci il. Pyeslər məcmuəsi. Kamança üçün Azərbaycan və xarici ölkə bəstəkarları əsərlərinin işləməsi. Dərs vəsaiti.

2013-cü il. III Beynəlxalq Muğam Simpoziumu. Elmi-praktik konfrans. Muğamlarda kamançanın kökünün dəyişdirilməsi məsələləri.

Arzu Səlimovaya təqdim olunan təltiflər:

Təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə-Fəxri fərman. Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov. № 3540, 01 oktyabr 2018-ci il.

Yüksək səviyyədə şagird və tələbə hazırlığına görə-fəxri fərman. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayev. 2019-cu il.

Ona 03 oktyabr 2019-cu il tarixdə respublikanın əməkdar müəllimi fəxri adı verilmişdir.

Əhsən Rəhmanlı

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya