Saat:04:45
Haqqımızda

Zəngilandakı “Ağıllı kənd”: Sakinləri öz yurdlarına bu tarixdə qayıdacaq FOTO

2021-07-24 15:30:00

Zəngilandakı “Ağıllı kənd”: Sakinləri öz yurdlarına bu tarixdə qayıdacaq FOTO

Gələn ilin 1-ci rübündə Ağalı kənd sakinlərinin öz yurdlarına qayıdacağı gözlənilir

"Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir".

Musavat.com bildirir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, “Ağıllı kənd” layihəsinin təməlini aprelin 26-da Prezident İlham Əliyev qoyub. Layihə çərçivəsində ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub: "Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Həmin 200 evin 60-dan çoxunun bünövrəsi qoyulub və bir neçə ikimərtəbəli, eləcə də birmərtəbəli evlərin artıq bir sıra ön işləri yekunlaşıb. Bir neçə evdə isə daxili təmir işlərinə başlanılıb. Bütün bunlarla paralel bir sıra sosial obyektlərin, kənd üzrə inzibati binaların, o cümlədən İcra nümayəndəliyinin binasının, xəstəxana və məktəb binalarının təməli qoyulub. Qeyd edim ki, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək".

20210724_132550.jpg (144 KB)

Əkbər Abbasov qeyd edib ki, növbəti mərhələlərdə ağıllı kənd təsərrüfatı sistemi də yaradılacaq: "Bu sistem müasir texnalogiyalar əsasında qurulmuş bağ, tarla və fermaları özündə birləşdirir. Ağıllı təsərrüfatlar kəndlərdə meyvə-tərəvəz, ət və süd məhsullarının istehsalını artırmağa, eləcə də emal prosesini müasir tələblərə uyğun qurmağa imkan yaradır.

Kənd təsərrüfatı ilə bağlı işlər palanlama mərhələsindədir. Sakinlərlə sorğular da aparılıb və kənd təsərrüfatının müxtəlif sahələrinə, əhalinin bacarıqlarına, eləcə də Zəngilanın coğrafi mövqeyinə uyğun olaraq dünyada ən son hansı texnalogiyalar və "Ağıllı kənd" sistemləri varsa, onların hamısı burada tətbiq olunacaq.

Qarabağda ilk "Ağıllı kənd" belə olacaq - VİDEO

Tikinti işləri qrafikə uyğun davam edir. Gələn ilin 1-ci rübündə layihənin yekunlaşdırılması nəzərdə tutulub. Ondan sonra isə Ağalı kənd sakinləri öz yurdlarına qayıdacaqlar".

 

Xalidə Gəray
Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR