Zəngəzur təşvişi - Məliki Rusiyanı İranın "suverenliyini pozmaqda" ittiham edir
2024-09-16 13:32:35
Hurriyyet.az xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının üzvü Fəda Hüseyn Maliki Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edərək, "Rusiyanın iddialarının İran üçün qəbuledilməz" olduğunu bəyan edib. Bu barədə "Mehr" agentliyi məlumat verib.
Maliki deyib: "İranın Ukrayna ilə müharibədə Rusiyanı dəstəkləməkdə ittiham edildiyi bir zamanda Rusiya İran körfəzindəki adalar üzərində İranın suverenliyi ilə bağlı mübahisə edir və Azərbaycan ilə Ermənistanın işlərinə qarışır".
Maliki İranın Xarici İşlər Nazirliyini Rusiyaya ciddi xəbərdarlıq etməyə çağırıb.
Hürr Tərcüman