Zəngəzur dəhlizinin Ermənistandan keçən marşrutu ilə bağlı YENİ XƏBƏR – MOSKVADA ÜÇTƏRƏFLİ GÖRÜŞ

2022-06-04 11:56:00

Zəngəzur dəhlizinin Ermənistandan keçən marşrutu ilə bağlı YENİ XƏBƏR – MOSKVADA ÜÇTƏRƏFLİ GÖRÜŞ

Cümə günü Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryan rusiyalı həmkarları Aleksey Overçukun sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra sərhəd, gömrük və digər nəzarət növləri ilə bağlı məsələləru müzakirə ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə informasiya Rusiya hökumətinin saytında yer alıb.

“Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”, – mesajda deyilir.

Baş nazirin müavinləri, həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər.

“Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər”, mətndə bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya