Saat:21:08
Haqqımızda

“Zəngəzur dəhlizinin açılmasına mütləq şahid olacağıq” – Politoloq

2021-10-16 13:44:00

“Zəngəzur dəhlizinin açılmasına mütləq şahid olacağıq” – Politoloq

“Ermənistan tərəfi Zəngəzur məsələsini bir qədər fərqli ifadə edir. Onlar bu yolu dəhliz kimi qələmə verməyin tərəfdarı deyil. Lakin Zəngəzur dəhlizinin açılması bölgədə yeni geoiqtisadi və geosiyasi mühit yaradacaq”.

Hurriyyet.az xəbər verir ki,bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.  

O, dəhliz və yolun fərqli anlayış olduğunu bildirib:

“Dəhliz xüsusi nəzarət yoludur, kommunikasiya hesab edilir. Yol isə ümumi məna kəsb edir. Lakin bizim Zəngəzur dəhlizini nə adlandırmağımızdan asılı olmayaraq, hər kəs Azərbaycanın bu məsələ ilə bağlı tələbini qəbul etməlidir.

Azərbaycanın tələbi bundan ibarətdir: “Tez bir zamanda kommunikasiyalar açılsın”.

Bu həm Azərbaycan, həm də Ermənistan üçün çox vacib məsələdir. Zəngəzur dəhlizinin açılması bölgədə yeni geoiqtisadi və geosiyasi mühit yaradacaq. Təsadüfi deyil ki, bəzi ölkələr bu prosesə qarşı çıxırlar, bölgədə yeni düzənin yaranmasını istəmirlər. Çünki söhbət Avrasiyanın orta xəttində coğrafiyanı, konfiqurasiyanı tamamilə dəyişəcək layihədən gedir.

Bu layihə ilə bağlı Ermənistanda müxtəlif qüvvələrin, müxtəlif fikirləri var. Hökumət razılığını bildirsə də müəyyən dövlətlərin təxribatçıları, eyni zamanda, Ermənistan daxilində olan bəzi qruplar bu prosesə maneəçilik törədirlər. Azərbayacanın daha da güclənməsindən qorxurlar. Hər halda Azərbaycan güclənəcək, bu birmənalıdır. Kimlərin nə deməyindən, istəməyindən asılı olmayaraq bu layihə gerçəkləşəcək. Biz dəhlizin açılmasının mütləq şahidi olacağıq”.

“Zəngəzur dəhlizinin açılmasına mütləq şahid olacağıq”  – Politoloq

 
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR