Saat:18:35
Haqqımızda

Zəngəzur dəhlizi üçün GERİ SAYIM: “Ermənistan bu xəbərdarlığa ciddi yanaşmasa...” – ŞƏRH

2021-12-07 16:08:00

Zəngəzur dəhlizi üçün GERİ SAYIM: “Ermənistan bu xəbərdarlığa ciddi yanaşmasa...” – ŞƏRH

“Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq istəyirsə, Azərbaycanın proseslərə fərqli yanaşması mümkündür”.

Hurriyyet.az Yenicag.az-a istinadən xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin Quba rayonuna səfəri zamanı yerli sakinlərlə söhbətində Ermənistanın Zəngəzur dəhlizinin açılması üçün konkret vaxt göstərməli olduğuna dair fikirlərini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quiliyevaçıqlamasında deyib.

Partiya sədrinin fikrincə, Ermənistan bu xəbərdarlığa ciddi yanaşmasa, Azərbaycan sərt tədbirlər görmək məcburiyyətində qalacaq:

“Bilirsiniz ki, 10 noyabr bəyanatı könüllülük prinsipinə əsaslanmırdı və oradakı müddəalar Ermənistan üzərində konkret öhdəliklərdir. Azərbaycan həmin bəyanat əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirir. Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq istəyirsə, Azərbaycanın proseslərə fərqli yanaşması mümkündür. Yəni Azərbaycan ən azı sülhə məcbburetmə əməliyyatı keçirə bilər. Ermənistan bunu başa düşməlidir.

10 noyabr bəyanatının bir neçə maddəsinə əməl olunmayıb. Üstünə çox gedilməsə də, həmin bəyanatın 4-cü maddəsi icra edilməyib. İndi daha çox 9-cu maddə – Zəngəzur dəhlizinin açılması məsələsi aktualdır. Eyni zamanda, kommunikasiyalar açıldıqdan sonra delimitasiya və demarkasiya məsələlərinə baxılması istənilir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalsın.

Azərbaycan tərəfinin indiyə kimi sərgilədiyi yumşaq yanaşma diplomatik müstəvidə zəruri işlərin görülməsi ilə bağlı idi. Ancaq artıq Ermənistana vaxt verilməsi o deməkdir ki, bu məsələlər masaya yatırılmalı və bəyanatın müvafiq bəndlərinə əməl olunmalıdır. Hesab edirəm ki, Ermənistanın geriyə yolu yoxdur. Gözləntilər bundan ibarətdir ki, Rusiya da ikili yanaşmalara son qoyaraq, bu məsələdə fərqli mövqe tutacaq. Eyni zamanda, Qərbdə də bu məsələlərə münasibətin dəyişdiyi müşahidə olunur.

Ona görə də Ermənistanın mövcud şəraitdə prosesi uzatmaq, status-kvonu saxlamaq, dövlət sərhədinin müəyyənləşməməsinə çalışmaq, əvəzində isə təmas xəttinin aradan qalxmamasına cəhd göstərmək niyyəti iflasa uğrayıb. Zəngəzur dəhlizinin açılması üçün verilən vaxt da 10 noyabr bəyanatına əsaslanır. Ölkə prezidenti o fikirləri söz xatirinə səsləndirməyib. Əlbəttə ki, Zəngəzur dəhlizinin açılması məsələsi maraqlı ölkələrlə müzakirə olunub. Düşünürəm ki, Ermənistan bu xəbərdarlığa ciddi yanaşmasa, Azərbaycan sərt tədbirlər görmək məcburiyyətində qalacaq. Bu, qanuni yanaşmadır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR