Saat:01:49
Haqqımızda

Zəngəzur dəhlizi rəsmiləşdirilir - İrəvan prosesi pozmağa çalışır

2021-12-04 14:16:00

Zəngəzur dəhlizi rəsmiləşdirilir - İrəvan prosesi pozmağa çalışır

Ermənistanı böyük sülhə vadar etməyin tək yolu - 2 rəy...

Məlum olduğu kimi, dekabrın 1-də üçtərəfli İşçi Qrupunun Moskvada baş tutan görüşündə razılaşma əldə olunmayıb. Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası ilə bağlı razılaşmalara İşçi Qrupunun görüşündə yekun vurulacaq və rəsmiləşəcək.

Hurriyyet.az bildirir ki, lakin Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan görüşdə razılaşmanın olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan müqaviləyə Ermənistan üçün qəbuledilməz olan “dəhliz” məsələsini daxil etməyə çalışır.

Yerli ekspertlər, əcnəbi analitiklər belə bir komissiya yaradılsa belə, prosesin illərlə uzana biləcəyini deyirlər. Arqument kimi göstərilir ki, biz hələ heç Gürcüstanla sərhədləri tam dəqiqləşdirə bilməmişik. Rusiya ilə isə proses təzəcə başa çatıb. Amma Gürcüstan da, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyıb. Təbii ki, Ermənistan da bunu edə bilər. Yəni öncə ərazi bütövlüyün qarşılıqlı şəkildə tanınması, sonra və yaxud paralel surətdə sərhədlərin dəqiqləşməsi. İrəvan buna gedəcəkmi, yoxsa sərhəd məsələsini bəhanə edərək, onillərlə sülh müqaviləsini imzalamaqdan yayınacaq? O halda Bakının taktikası necə olmalıdır? Ermənistanı böyük sülhə necə vadar eləməli? 

Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva “Yeni Müsavat”a söylədi ki, Ermənistanın böyük sülhə məcbur edilməsi üçün xarici qüvvələrin maraq mübarizəsinə son qoyulmalıdır: “Nə Qərbin, nə də Rusiyanın diktəsinə yol verilməlidir. Rusiya birmənalı şəkildə bölgədə hərbi dayaqlarını bərkitmək deyil, tərəflər arasında yaranacaq qarşıdurmanın qarşısını almaq məqsədilə 5 illik sülhməramlıların yerləşdirilməsi diqqətinə açıq şəkildə çatdırılmalıdır. Bu gün Rusiya bölgədə qalmaq maraqlarını təmin edəcək məsələlər xaricində, sosial-humanitar faktorlarla bağlı Qərbin vasitəçiliyini qəbul edir. Qərb isə Azərbaycanın suverenliyini prioritet saymadan, Moskvanın Qafqazda dayaqlarını zəiflətmək uğrunda mübarizə aparır. Yəni, vasitəçilər Ermənistanı böyük sülhə vadar edəcək heç bir addım atmır və atmaq niyyətində deyil”.

Siyasi şərhçinin fikrincə, böyük sülhün imzalanması Rusiyaya bölgədə faktiki ehtiyac qalmaması deməkdir: “Qərbə isə havadarlıq etdiyi dövlətin Azərbaycan və Türkiyənin şərtlərinə boyun əyməsi deməkdir. Fransa daxil olmaqla, kollektiv Qərb Zəngəzur dəhlizinə alternativ İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa xəttinin çəkilməsində, enerji ehtiyatlarının Fransanın ”Total" şirkətinin əlində cəmlənməsində, beləcə Rusiyadan enerji asılılığının azaldılmasında maraqlıdır. Böyük sülhün imzalanması bu layihələrin icrasına əngəldir. Qısacası, ərazi bütövlüyünün təmin olunması üçün əvvəla, 10 noyabr bəyanatının 4-cü bəndinin icrası təmin edilməli və separatçıların ərazimizdən çıxarılmalı, lazım gələrsə bu barədə Rusiyanın qarşısına konkret şərtlər qoyulmalıdr. İkincisi, bəyanatın 7-ci bəndi icra olunmalı və azərbaycanlı qaçqınlar Qarabağa qaytarılmalıdr. Həmçinin, sərhədlərin müəyyənləşməsi başa çatdırılmalı, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıyacaq və soyqırım iddiasından əl çəkəcək şərtlər çərçivəsində sülh müqaviləsi imzalanmalıdır. Əks təqdirdə, 30 illik işğala göstərdiyimiz səbri daha uzun müddət də xarici qüvvələrin manevrlərinə və onların separatçıları bəsləməsinə göstərməli olacağıq".

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Qriqoryanın sözlərindən iki nəticə çıxır: “İşçi Qrupu müqavilə üzərində işləyir və bu, böyük ehtimalla kommunikasiyanın bərpa edilməsi qrafikinə aiddir. Rəsmi Bakı 10 noyabr razılaşmasında etmədiyini indi edir. Zəngəzur dəhlizini rəsmiləşdirir. İrəvan bununla təkcə Bakı yox, Moskvaya qarşı da çıxır. Çünki Soçi görüşündə iki nəticə əldə edildi - sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması. Bu, yekun bəyanata daxil edilib. Kommunikasiyanın açılması üzrə prosesə yekun vurulması. Bu, yekun bəyanata daxil edilmədi və məsələ İşçi Qrupunun bu həftə nəzərdə tutulan görüşünə həvalə olundu”.

Təhlilçi xatırladır ki, Putinin çıxışında “dəhliz” ifadəsinə istinad etməsi və “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar” açıqlaması deməyə əsas verir ki, Soçidə şifahi razılaşma məhz Bakının mövqeyi kontekstində əldə olunub: “Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi və Soçi görüşünün nəticəsinə uyğun çıxış etməsi bunun nəticəsi idi. İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub. Yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi gözlənilir və məsələ yenidən müzakirə olunacaq. Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir. 10 dekabrda Baydenin ”demokratiya sammiti"nə Ermənistan da dəvət edilib, 15 dekabrda Brüsseldə Avropa İttifaqının quracağı masa var. Ermənistan bu görüşlərə ümid etdiyi üçün Moskvada “yox” deyə bilir. Və bu proses Əliyevin Soçidə verdiyi mesajın regionda təhlükəsizlik razılaşmaların nəticələrinin icrasından asılıdır, praktiki tətbiqinə zərurət yarada bilər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR