ZƏLZƏLƏDƏN SİYASİ MƏQSƏDLƏ FAYDALANANLAR… - Eldar Sabiroğlu yazır

2023-02-11 19:48:00

ZƏLZƏLƏDƏN SİYASİ MƏQSƏDLƏ FAYDALANANLAR… - Eldar Sabiroğlu yazır

Keçmə müsəlmanın kin-küdurətindən. Tutduğunu qəti buraxmaz. Qisasını axıra qədər alar. Görəsən, hamıyamı beləyik!? Axı dünyanı görə-görə gəlirik, müsəlmanın olduğu yerlərin hansında sakitlikdir, atəş yoxdur, od-alov ərşə qalxmayır ki!? Ya içindən öz-özünü qırmaqla məşğuldur, ya  da kənar barmaqların əlində aciz qalıb.

Allah rəhmət eləsin ulularımızı - Mirzə Fətəli Axundovu, Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri ona görə ki, müsəlmanın nə olduğunu bizlərdən yaxşı görüb, yaxşı da dəyərləndiriblər. Bunu hər kəsin bildiyindən detallara varıb baş aparmaq istəmirəm. Sabirin "Harda müsəlman görürəm, qorxuram, qorxuram"... Yaşasadı həmin sözləri bu gün də deyərdi rəhmətlik. Məncə, bu müdrik ifadə kifayət edər. Niyə və nə üçün müsəlmanlar bir-birlərinə aşarı dərəcədə qənim kəsilirlər!?

Məsələn, İranı necə müsəlman  dövləti adlandırmaq olar ki, işini-gücünü yalnız müsəlman ölkələrinin üzərində tətbiq etməkdən ləzzət alır. Ermənilərə xoş gəlsin deyə Tehranda silahlı fars terrorçuların Azərbaycan səfirliyinə hücum etməsini necə başa düşək?! Zalim hələ utanmaz-utanmaz da bizi günahlandırır, Azərbaycanın əleyhinə düşmən təbliğatı aparır. Yaxud götürək Türkiyədə baş verən zəlzələ fəlakətində siyasi, iqtisadi, hətta milli təxribatların yer almasını, həm dərinliyinə qədər anlaşılır, həm də yazıqlar olsun ki, başa düşülmür ki, bu zəlzələni yaradan R. T. Ərdoğandır?! Düşüblər üstünə ki, bəs günahkar sənsən. Xalqın bu müsibətli günündə iqtidar-müxalifət və ya milli qarşıdurmaya yol verilməsi qəbul oluna bilməz. Ən azından zəlzələ yalan olar...

Eldar SABİROĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.243510