Zəlzələdə ölən adam dəfn edilərkən "dirildi" - FOTO

2023-02-23 19:59:00

Zəlzələdə ölən adam dəfn edilərkən

Suriyada hər kəsi şoka salacaq hadisə yaşanıb. 

Hurriyyet.az xəbər verir ki, baş verən güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan Ahmed al-Maghribinin hərəkətsiz qaldığı üçün öldüyü düşünülərək soyuq morqa aparılıb.

İki gün morqda qalan al-Maghribin daha sonra ailəsinə təhvil verilib. Onlar Ahmedi cəsəd torbasına qoyaraq dəfn etməyə aparıblar.

Məzarlığa çatanda al-Maghribin torbanın içində hərəkət etməyə başlayıb. Bu vəziyyətdən şoka düşən ailəsi onu dərhal xəstəxanaya aparıb. 

Hazırda həkimlər onun səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib. Ahmed al-Maghribinin ürəyinin anidən dayandığı, sonra isə yenidən fəaliyyətini bərpa etdiyi iddia edilib.

Suriya mətbuatında yer alan məlumatlara əsasən, bu milyonda bir insanda rast gəlinən hadisədir.

/Baku.ws


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.287921