Zəlzələ nəticəsində 7,3 metr yerdəyişmə olub

2023-02-15 18:38:00

Zəlzələ nəticəsində 7,3 metr yerdəyişmə olub

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD - Afet ve Acil Durum Yönetimi Başkanlığı) zəlzələ riski və azaldılması şöbəsinin müdiri Orhan Tatar mətbuat konfransındakı açıqlamasında deyib: “Bu zəlzələ Şərqi Anadolu coğrafiyasının son 3 min ərzində məruz qaldığı ən böyük zəlzələdir. Bu 2 zəlzələnin ümumi təsir müddəti 2 dəqiqə olub. Dərinliyi orta hesabla 8,5 ilə 10 km arasındadır. Yer qabığında 7,3 metrədək yerdəyişmələrin olduğu barəsində məlumat var. Şərqu Anadolu tektonik çatının 5 ayrı parçası bu zəlzələ nəticəsində sınıb”.

Orhan Tatar bildirib ki, müşahidələrə görə, 2 zəlzələ nəticəsində yerin səthində 400 km uzunluqda yarıq yaranıb. Meydana çıxan enerji ümumilikdə 30 kvadrilyon coul böyüklüyündədir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144624