Zəlzələ bölgəsində dərslər 1 həftə dayandırıldı

2023-02-06 11:44:00

Zəlzələ bölgəsində dərslər 1 həftə dayandırıldı

Türkiyədə zəlzələnin baş verdiyi regionlarda tədris prosesi 1 həftə müddətinə dayandırılıb. 

Hurriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay məlumat verib. 

Bildirilib ki, müvafiq qərara əsasən, regiondakı məktəblər və digər təhsil müəssisələri bağlanıb. 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161273