Zəlimxan Yaqubun qardaşı vəfat etdi

2022-05-12 14:07:00

Zəlimxan Yaqubun qardaşı vəfat etdi

Şair Zəlimxan Yaqubun qardaşı Bəhram Yaqub 65 yaşında dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Zəlimxan Yaqubun oğlu Şəhriyar Yaqub məlumat verib.

Onun sözlərinə görə, əmisi uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu gün səhər saatlarında isə dünyasını dəyişib:

“Əmim uzun illər dövlət orqanlarında, bir müddət isə xarici ölkələrdə çalışıb. Çox təəssüf ki, xəstəlik ona qalib gəldi”.

Şəhriyar Yaqub qeyd edib ki, əmisi Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində olan Kəpənəkçi kənd qəbiristanlığında torpağa tapşırılacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya