Zelenskiyə bir neçə günlük möhlət verildi
2025-12-10 11:03:08
Vaşinqton Ukrayna prezidentindən Tramp administrasiyasının sülh planına tez cavab verməsini tələb edir.
Hurriyyet.az xəbər verir ki, bunu danışıqlar barədə məlumatlandırılan rəsmilər bildirib.
Onların sözlərinə görə, Trampın nümayəndələri Volodimir Zelenskiyə bir neçə gün vaxt veriblər.
Zelenski avropalı həmkarları ilə 2 saatlıq telefon danışığı zamanı Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin ona tez qərar verməsi üçün təzyiq etdiyini bildirib.
Tramp “Milada qədər” razılığa gəlməyə ümid edir.
Rəsmilərin sözlərinə görə, Zelenski ABŞ nümayəndələrinə Vaşinqtonun təklifinə cavab verməzdən əvvəl avropalı müttəfiqləri ilə məsləhətləşmək üçün vaxta ehtiyacı olduğunu deyib.
Yenisabah.az
