Zelenskinin xanımından Putinlə bağlı AÇIQLAMA: "Torpaqlarımızdan əl çəksək belə..."

2022-06-02 14:57:00

Zelenskinin xanımından Putinlə bağlı AÇIQLAMA:

“Rusiyaya torpaq vermək azadlıqdan imtina etmək olardı. Bu, Rusiya Prezidenti Vladimir Putinin işğalına son qoymayacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenska deyib. 

Birinci xanım ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Ukraynanın Rusiya ilə sülh razılaşması əldə etmək üçün "ərazisinin bir hissəsindən imtina etməli olduğu" ifadəsini xatırladıb:

“Ukrayna xalqı siyasətçilərin bəzi bəyanatlarını normal qəbul edə bilməz. Torpağımızın bir hissəsini vermək, yəni Rusiyaya torpaq vermək azadlıqdan imtina etmək kimi bir şeydir. Torpaqlarımızdan əl çəksək belə, Rusiya hücumlarını davam etdirəcək. Rusiya Prezidenti Vladimir Putin işğalına son qoymayacaq”.

Y.Zelenska, həmçinin Donbass bölgəsinin yenidən Ukraynaya məxsus olacağını qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya