Zelenskinin sirri DEŞİFRƏ OLDU - Ukraynanı bu yolla... - ŞOK İDDİA

2022-12-30 17:01:00

Zelenskinin sirri DEŞİFRƏ OLDU - Ukraynanı bu yolla... - ŞOK İDDİA

ABŞ mətbuatı Ukrayna lideri Volodimir Zelenskinin gizli görüşünü deşifrə edib.

Hurriyyet.az xəbər verir ki, ötən həftə ABŞ-a səfər edən Zelenski Respublikaçı Senat rəhbəri Mitch McConnel ilə də görüşübmüş.

Bu iddia ilə Pittsburgh Post-Gazette çıxış edib. Qəzet görüşün məxfi olduğunu, tərəflərin açıqlama vermədiyini vurğulayıb.

Business Insider-in məlumatına görə isə, Zelenski səfərdən bir gün əvvəl ABŞ siyasətçisinə zəng edərək ondan dəstək istəyib. Qəzetə danışan və adı açıqlanmayan üç mənbə bu iddianı təsdiqləyib.

Eyni mənbələr Zelenskinin müharibədən sonrakı Ukraynanın yenidən qurulmasını ABŞ-dakı Rusiya oliqarxlarına məxsus aktivlərlə maliyyələşdirməyə ümid etdiyini vurğulayıb.

Digər tərəfdən, Ukraynadan müharibədəki son vəziyyətlə bağlı diqqətçəkən açıqlama gəlib.

Ukrayna Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Kiril Budanov Rusiya ilə müharibənin dalana dirəndiyini və hər iki ölkənin ordusunun irəliləmək iqtidarında olmadığını bildirib.

BBC-yə danışan Budanov deyib: “Biz sözün əsl mənasında dalana dirənmişik. Tərəflər razılaşa bilmir”.

Budanov bildirib ki, Ukrayna ordusunun ölkə ərazisində irəliləməsi üçün Qərbdən onlara daha təkmil silahlar göndəriləcəyini gözləyirlər.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.126899