Zelenskinin olduğu yer atəşə tutulub
2024-02-05 11:23:40

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətindəki cəbhə xəttinə gedib. O, Rabotinoda olarkən qarşı tərəf yaşayış məntəqəsini atəşə tutmağa başlayıb.
"RBK-Ukrayna" nəşrinin məlumatına görə, bu barədə açıqlamanı Ukrayna Prezidentinin mətbuat katibi Seygey Nikiforov verib. Atəşin düşdüyü yerlər Zelenskinin olduğu yerə yaxın olub.
Hürr Tərcüman
