Saat:03:10
Haqqımızda

Zelenskinin ofisindən Anna Akopyana təşəkkür

2023-10-30 17:11:14

Zelenskinin ofisindən Anna Akopyana təşəkkür

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Maltadakı görüş zamanı qarşılıqlı əməkdaşlığın aktivləşdirilməsi məsələsini müzakirə ediblər.  Bu barədə məlumatı Ermənistanın Ukraynadakı səfirliyi verib.

28-29 oktyabr tarixlərində Maltada Kiyevin təşəbbüskarı olduğu sülh formulu tədbiri üçüncü dəfə keçirilib. Ermənistan ilk dəfə bu tədbirin iştirakçısı olub.

Ermənistan səfirliyinin açıqlamasında deyilir: “Söhbət zamanı Ermənistan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib. Bununla əlaqədar Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə oktyarın 5-də Qranadada keçirdikləri ilk görüşün əhəmiyyəti qeyd edilib”.

Ermənistanın Kiyevdəki səfriliyinin mətbuat xidmətinin açıqlamasına görə, Andrey Yermak həmçinin, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana sentyabrın əvvəlində Kiyevdə keçirilən birinci xanım və bəylərin görüşündə iştirak etdiyinə və humanitar yardım gətirdiyinə görə təşəkkür edib.

Açıqlmada deyilir: “Ukrayna Prezidentinin administrasiyasının rəhbəri Ukrayna tərəfinin Ermənistanla –  xüsusən də Avropaya inteqrasiya məsələlərində – əməkdaşlığın möhkəmlənməsinin tərəfdarı olduğunu təsdiqləyib”.

Hürr Tərcüman

Руководитель Офиса Зеленского встретился с Арменом Григоряном

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.585878