Saat:12:33
Haqqımızda

Zelenskinin ofisindən açıqlama: “Ermənistan düz yoldadır”

2023-11-20 13:41:08

Zelenskinin ofisindən açıqlama: “Ermənistan düz yoldadır”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisinin direktorunun müşaviri Mixail Podolyak “AnalitikaUA” portalına müsahibəsində Ermənistanın öz ətrafındakı çətinlikləri dəf edəcəyini deyib. Onun sözlərinə görə, ən başlıca amil ermənilərin harada olmalarına baxmayaraq öz ölkələrinə səmim-qəlbdən inanmalarıdır. Ermənistanın Baltika-Qara dəniz müdafiə alyansında iştirakının mümkünlüyü barəsində sualın cavabında Podolyak alyansın qapılarının açılacağına ümidvar olduğunu, bunun üçün hüquqi və logistik formullar axtarmaq lazım gəldiyini söyləyib. Podolyak deyib: “Erməni siyasətçilər dialoq aparmalıdırlar”.

Prezident Ofisinin rəhbərinin müşaviri Ermənistanın düz yolda olduğu əlavə edib: “İndi Ermənistanın mövqeyində aydın görünən strategiya NATO ölkələri – Böyük Britaniya, ABŞ Fransa ilə intensiv dialoqdur. Onlarla dialoq tarixən həmişə yaxşı olub”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 2.590695