Saat:10:38
Haqqımızda

Zelenskinin ofisindəki şəkillər gündəm oldu

2025-03-25 00:38:06

Zelenskinin ofisindəki şəkillər gündəm oldu

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisində Kremlin alovlar içərisində olduğunu təsvir edən rəsm asılıb. 

Hurriyyet.Az xəbər verir ki, sözügedən rəsmin fotolarını “Time” jurnalı paylaşıb.

Zelenski ilə müsahibə zamanı lentə alınan sözügedən fotoda Ukrayna lideri iki rəsm əsərinin qarşısında dayanıb. Həmin əsərlərdən birində alovlar içərisində Kreml, digərində isə ukraynalı hərbçilərin döyüşü təsvir edilib.

Ukrayna prezidenti jurnalistlərlə söhbəti zamanı “Bu əsərlərin hər biri qələbə haqqındadır” deyib.

Həmin foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.// Qafqazinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184646