Saat:12:36
Haqqımızda

Zelenskinin müşaviri Oleq Ustenko: BP Rusiyadan “qanlı pullar” qazana bilər

2022-12-02 11:42:00

Zelenskinin müşaviri Oleq Ustenko: BP Rusiyadan “qanlı pullar” qazana bilər

Prezident Zelenskinin müşaviri Oleq Ustenko deyib ki, o, BP neft şirkətinin rəhbərinə  “Rosneft”dəki payının satışından “qanlı pullar” ala biləcəyi barədə xəbərdarlıq edib.
Ustenko BP-nin baş direktoru Bernard Luniyə yazdığı məktubda Britaniya neft nəhənginin müharibədən qazanc əldə etməsini istisna etmək üçün plan hazırlamağa çağırıb. "Bu, sadəcə  qanlı pullardır, Ukrayna vətəndaşlarının öldürülməsindən əldə edilən şişirdilmiş gəlirdir", deyə Ustenko vurğulayıb.
BP isə israr edir ki, artıq Rusiyadan, o cümlədən Rosneft-dəki 20% payından gəlir əldə etmir. Fevral ayında, tam miqyaslı işğal başlayanda şirkət bu pay üçün alıcı axtaracağını açıqlamışdı və hələ də axtarışda olduğunu iddia etdi.
Eyni zamanda bu səhmlər üzrə dividendlər də hesablanıb, hərçənd BP onları almadığında israr edir. Qeyri-hökumət təşkilatı "Global Witness" hesab edir ki, təkcə bu paketdən dividendlər 700 milyon dolları keçə bilər.
BP bildirir ki, bütün dividendlər Rusiya hökumətinin icazəsi olmadan vəsaiti çıxarmaq mümkün olmayan xüsusi bank hesabına köçürülür.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR