Zelenskinin məşhur geyimi Londonda hərraca çıxarıldı

2022-05-07 11:48:00

Zelenskinin məşhur geyimi Londonda hərraca çıxarıldı

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin qış geyimi Londondakı hərracda satışa çıxarılıb. “Teleqraf” nəşrinin yazdığına görə, Zelenskinin məşhur koftası 90 min funt sterlinqə satılıb. Əldə edilən vəsait Ukraynaya yardım üçün göndərilib.

Hərrac başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson pula xəsislik eləməməyə çağıırıb. Onun sözlərinə görə, bu geyim start qiymət olan 50 min funt sterlinqdən daha artığına layiqdir.

Boris Johnson speaks at the Brave Ukraine fundraiser alongside Volodymyr Zelensky who spoke via video link

Hərrac zamanı Zelenski videokörpü ilə çıxış edərək, Böyük Britaniyaya təşəkkürünü və Kiyevə onunla görüşə gəlmiş “cəsur Boris”ə heyranlığını bildirib.

Hərraca çıxarılan əşyalar arasında Kiyevdə Zelenskinin Consona bağışladığı xoruzşəkilli qab da olub.

Hürr Tərcüman

Зеленский "спалил", что находится в его рабочем кабинете - 53 Новости


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya