Saat:02:14
Haqqımızda

Zelenskinin ilk rəsmi səfəri olacaq

2025-12-01 15:32:00

Zelenskinin ilk rəsmi səfəri olacaq

Hurriyyet.az xəbər verir ki, dekabrın 2-də Ukrayna Prezidenti Vladimir Zelenskinin İrlandiyaya ilk rəsmi səfəri olacaq.
"Skay Nyus" nəşri İrlandiyanın Baş naziri Mizol Martinə istinadla bu məlumatı verib.
Xəbərdə deyilir: "Səfərdə Ukrayna Prezidentini birinci xanım Olena Zelenska müşayiət edəcək. Zelenski Baş nazir Mizol Martin, İrlandiya Prezidenti Ketrin Konnoli və xarici işlər naziri Helen Makenti ilə görüşəcək".
Zelenski ilə Martin İrlaniya-Ukrayna iqtisadi forumunda iştirak edəcəklər. Tədbirdə iki ölkə arasında biznes və investisiya əlaqələrinin möhkəmləndirilməsi potensialı müzakirə ediləcək. 
Zelenski bu gün Parisə səfər edəcək, fransalı həmkarı Emmanuel Makronla danışıqlar aparacaq.
Hürr Tərcüman