Saat:00:17
Haqqımızda

Zelenskidən son dəqiqə AÇIQLAMASI - Ərazi məsələlərini xalq həll edəcək

2025-12-11 23:12:08

Zelenskidən son dəqiqə AÇIQLAMASI - Ərazi məsələlərini xalq həll edəcək

Ukraynanın ərazi məsələləri ilə bağlı qərarı xalq verməlidir, bunun seçkilər və ya referendum yolu ilə həyata keçirilməsi mümkündür.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Düşünürəm ki, bu suala Ukrayna xalqı cavab verməlidir. Seçki formatında da ola bilər, referendum formatında da, amma mütləq olaraq xalqın mövqeyi əsasdır. Gözləyək, proses necə davam edəcək. Hazırda çox şey, məncə, ordumuzdan asılıdır, ukraynalı hərbçilər nəyi saxlaya bilir, harada mövqe tuta bilir, işğalçını harada məhv edə bilir. Bu, bütün diplomatik konstruksiyaya təsir edir”, – prezident jurnalistlərlə söhbətində bildirib.\\Musavat