Zelenskidən Kremlə dron hücumları ilə bağlı açıqlama

2023-05-11 15:52:00

Zelenskidən Kremlə dron hücumları ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kremlə dron hücumlarının Rusiyanın özü tərəfindən təşkil edildiyini söyləyib.

Zelenski deyib: “Fikrimcə, bunu özləri ediblər. Orada heç nə baş vermədi. Nə baş verib? Oradakı nə isə qəribə bir nəsnə, hansısa bomba daşıyıcısı idi. Bəs niyə heç nə olmadı? Heç kim həlak olmayıb, hamı sağ və salamatdır. Çünki bunu onlar özləri ediblər. Buna tam əminəm. Sizə 100% deyə bilmərəm. Çünki, bu, Moskvadakı qruplaşmalardan birinin, FTB və ya bir başqasının işi ola bilər. Lakin Ukraynanın etmədiyini dəqiq deyə bilərəm. Əgər Ukrayna etsəydi, onlar bunu hiss edərdilər”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191707