Zelenskidən ittiham – yüzminlərlə uşağı qaçırıblar

2022-06-02 15:05:00

Zelenskidən ittiham – yüzminlərlə uşağı qaçırıblar

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski müharibə başlanandan bəri Rusiyanın yetimxanalardan və ailələrindən ayrı düşənlər də daxil olmaqla, 200 min ukraynalı uşağı zorla qaçırdığını iddia edib.

Zelenski deyib: “98 gün davam edən Rusiya işğalı dövründə işğalçıların hücumları nəticəsində 689 uşaq yaralanıb. Bunlar sadəcə bizim bildiklərimiz. Hazırda işğal edilən ərazilərlə bağlı bütün məlumatlara sahib deyilik. Bu cinayətkar siyasətin məqsədi sadəcə insanları oğurlamaq deyil, ölkəni tərk edənlərə Ukraynanı unutdurmaq və onların geri qayıtmamalarını təmin eləməkdir”.

Zelenski Ukraynadakı müdaxilənin indiyə qədər 243 uşağın ölümü ilə nəticələndiyini, 446 uşağın yaralandığını, 139 uşağın itkin düşdüyünü söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya