Zelenskidən deputatlara: Sağlam millətçilik lazımdır

2022-05-03 17:21:00

Zelenskidən deputatlara: Sağlam millətçilik lazımdır

Bu 10 həftədə mən müxtəlif dövlətlərin parlamentlərinə müraciət etmişəm, amma sizə yox. Bu, inamsızlıq deyil, əksinə, sizə olan böyük inamdır. Siz bilirsiniz ki, bizim dövlətimizdə nə baş verir və nə etməli olduğunuzu gözəl bilirsiniz.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada deputatlar qarşısında çıxışında deyib.

“Siz müasit dünyanın ən böyük dövlətlərindən birinin deputatlarısınız. Spama, mübahisələrə və piarlara vaxt yoxdur. Onsuz da sizi hamı tanıyır. Bu gün ağıllı rasionalizm və sağlam millətçilik lazımdır. Deputatlar Ukrayna ordusunun böyük hissəsidir. Onların cəbhəsi qanunverici meydandır və buna görə də, xalq, dövlət və qələbə üçün hər gün işləməlidirlər”, - Zelenski bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya