Zelenskidən Azərbaycan vətəndaşları barədə SƏRƏNCAM

2022-01-14 22:12:00

Zelenskidən Azərbaycan vətəndaşları barədə SƏRƏNCAM

Ukrayna Prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

Ukrayna Prezident Ofisinin mətbuat xidmətinə istinadla xəbər veririk ki, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib. \\Redaktor