Saat:06:54
Haqqımızda

ZELENSKİ ZALUJNINI İSTEFAYA GÖNDƏRDİ! - Yerinə general-polkovnik Sırskini təyin etdi + FOTO (Yenilənib)

2024-02-09 13:34:26

ZELENSKİ ZALUJNINI İSTEFAYA GÖNDƏRDİ! - Yerinə general-polkovnik Sırskini təyin etdi + FOTO (Yenilənib)

Ukrayna prezidenti Volodimir Zelenski general-polkovnik Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı təyin edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.

"Bu gündən etibarən Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinə yeni rəhbərlik qrupu gəlir. İstəyirəm ki, Rabotino və ya Avdeevkada, Baş Qərargahda və cəbhədə olan əsgərlərimiz arasında müharibəyə baxış eyni olsun", - deyə Zelenski yazıb.

Prezident qeyd edib ki, qərar verməzdən əvvəl müxtəlif səviyyəli komandirlərlə, xüsusən briqada generalları Andrey İqnatov, Mixail Drapatı, İqor Skibyuk və polkovniklər Pavel Palisa və Vadim Suxarevski ilə söhbəti olub.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin yenilənməsini müzakirə edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə  o, "Telegram" kanalında məlumat verib.

“Mən general Valeri Zalujnı ilə görüşdüm, iki il ərzində Ukraynanı qoruduğuna görə ona təşəkkür etdim. Biz Ukrayna Silahlı Qüvvələrinin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə etdik. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini də müzakirə etdik. İndi belə bir yeniləmənin vaxtıdır. Mən təklif etdim ki, Valeri Fedoroviç ordunun rəhbərliyində qalmaqda davam etsin” –  deyə, Zelenski yazıb.

Zalujnı da öz növbəsində qeyd edib ki, Ukrayna Prezidenti ilə “ciddi və vacib söhbəti” olub.

"2022-ci ilin vəzifələri 2024-cü ilin vəzifələrindən fərqlidir. Ona görə də hər kəs dəyişməli və yeni reallıqlara uyğunlaşmalıdır. Həm də birlikdə qalib gəlmək üçün. Yanaşmaların və strategiyaların dəyişdirilməsi zərurəti ilə bağlı qərar qəbul edilib", - Zalujnı vurğulayıb.

Zalujnı hər kəsə təşəkkür edib: "Böyük müharibənin ilk ən çətin günlərində mənfur və güclü düşmənə qarşı durmuşuq. Biz bir yerdə olmuşuq. Biz  birlikdə qalib gələ bilərik. Mən ətrafımda  olan hər kəsə minnətdaram. Baş Qərargahın rəhbərliyinə, Müdafiə Nazirliyinə, Ukrayna Prezidentinə təşəkkür edirəm. Mən Ukrayna Silahlı Qüvvələrindəki hər kəslə fəxr edirəm. Onlar övladlarımızın gələcəyini qoruyurlar. Bütün əsgərlərin, çavuşların, zabitlərin - Ukrayna və azadlıq uğrunda canından keçən hər kəsin qarşısında baş əyirəm. Biz xatırlayırıq və hər kəsin qisasını alacağıq. Ukraynalılar mütləq qalib gələcəklər”.

Qeyd edək ki, bir qədər əvvəl Zelenskinin Valeri Zalujnını istefaya göndərdiyinə dair xəbər yayılsa da, sonradan onlar arasında müzakirənin davam etdiyi bildirilib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167264