Saat:11:03
Haqqımızda

Zelenski vəzifədə qalacaq - Ali Radanın qərarı

2025-02-25 17:56:25

Zelenski vəzifədə qalacaq - Ali Radanın qərarı

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Ali Radası indiki dövrdə seçkilərin keçirilməsini qeyri-mümkün hesab edir. Ali Rada bu qərarı ikinci səsvermədən sonra qəbul edib.
Sənəddə bildirilir ki, Rusiyanın təcavüzü fonunda Ukraynada azad və şəffaf seçkilərin keçirilməsi qeyri-mümkündür və buna görə bütün məsuliyyət Vladimir Putinin üzərinə düşür. Rada bəya edir ki, ölkədə prezident seçkiləri yalnız "hərtərəfli, ədalətli və möhkəm sülhün bərqərar olmasından sonra" keçiriləcək.
Həmçinin, qeyd edilir ki, Vladimir Zelenskinin mandatı şübhə altında deyil və yeni prezident vəzifə başına keçənə qədər bu vəzifənin bütün səlahiyyətləri ona məxsusdur.
Qərarın lehinə 268 deputat səs verib.
Birinci səsvermə zamanı zəruri olan 226 səsdən yalnız 218-i verildiyinə görə, sənəd qəbul edilməmişdi.
Hürr Tərcüman

Bir televiziya və bunu deyən yazı "間 Законопроект 13041 11:19 ПДСУМКИ ГОЛОСУВАНня Ne 10 ЗА 268 ПРОТИ 0 УТРИМАЛИСЬ 0 НЕ ГОЛОСУВАлИ 12 ВСьоГо 280 РШШЕННЯ РШЕННЯПРИЙНЯТО ПРИЙНЯТО ГРАДА" şəkili ola bilər

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211786