Saat:16:37
Haqqımızda

Zelenski və Kelloq Kiyevdə görüşdü – Mətbuat konfransı ləğv edildi

2025-02-20 22:30:49

Zelenski və Kelloq Kiyevdə görüşdü – Mətbuat konfransı ləğv edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.
Əvvəlcə Zelenski və Kelloqun görüşdən sonra mətbuat konfransı keçirəcəyi nəzərdə tutulsa da, baş tutmayıb.
“Amerika tərəfinin xahişi ilə görüşün formatına protokol çəkilişləri daxildir, bəyanatlar və ya suallar daxil deyil”, - Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.
Zelenskinin məlumatına görə, söhbət yaxşı keçib və ABŞ-yə Ukrayna xalqını dəstəklədiyinə, eləcə də vacib nəticələrə nail olmaq üçün birlikdə işlədiyinə görə Kelloqa təşəkkür edib:
“Biz döyüş meydanındakı vəziyyəti və bütün əsirlərin necə geri qaytaracağımızı, həmçinin effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”.
Qeyd edək ki, Kelloq Kiyevə fevralın 19-da, onun iştirak etdiyi Ər-Riyadda ABŞ-Rusiya danışıqlarından bir gün sonra gəlib. O, Ukraynaya “dinləmək üçün” gəldiyini və ABŞ-nin “lazım olanı təmin etməyə hazır olduğunu” deyib.\\Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190362