Zelenski: “Ukraynanın Marşall Planına ehtiyacı var”

2022-05-05 16:50:00

Zelenski: “Ukraynanın Marşall Planına ehtiyacı var”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Varşavada keçirilən, Ukrayna ilə bağlı Beynəlxalq Donor Konfransında çıxış edərkən ölkəsinə tarixi Marşall Planının müasir analoqunun lazım olduğunu söyləyib. O, video müraciətində Ukraynanın strateji beynəlxalq dəstək planına ehtiyacı olduğunu söyləyib.

O, qeyd edib ki, azadlıq insanları tiranlıqdan daha yaxşı müdafiə və təmin etdiyini nümayiş etdirməlidir. Onilliklərdir ki, tiranlıq neft, qaz və digər xammalların satışından nəhəng gəlir axınından istifadə edir. Məhz buna görə də bu konfrans həm strateji, həm də taktiki planda Avropada hamı üçün bu qədər mühümdür.

O, Ukrayna vətəndaşlarının təmin edilməsi və ölkənin yenidən qurulması üçün maliyyə resurslarına ehtiyacı olduğunu deyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya