Saat:11:55
Haqqımızda

Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi edib

2025-04-07 23:05:42

Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusu ilə bağlı bir neçə sərəncam imzalayıb.

Müvafiq sənədlər Ukrayna prezidentinin saytında dərc olunub.

Xüsusilə, Ukraynanın Braziliya və Almaniyadakı keçmiş səfiri Andrey Melnik ölkənin BMT-dəki daimi nümayəndəsi olub.

Bundan əlavə, Zelenski müvafiq sərəncamlarla Qazaxıstan, Çin, Livan, Norveç, Paraqvay və Finlandiyaya yeni səfirlər təyin edib.

Ukraynanın BMT-dəki əvvəlki daimi nümayəndəsi Sergey Kislitsya 2024-cü il dekabrın 21-də vəzifəsindən azad edilib. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180836