Zelenski tələb edir: “Rusiya hərbi tribunala verilməli, BMT TŞ-dəki veto hüququndan məhrum edilməlidir”

2022-09-22 15:45:00

Zelenski tələb edir: “Rusiya hərbi tribunala verilməli, BMT TŞ-dəki veto hüququndan məhrum edilməlidir”

“Rusiya minlərlə insanın qətli hesabına ərazi oğurlamağa çalışır”

Hurriyyet.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski BMT-nin Baş Assambleyasına müraciəti zamanı Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan məhrum edilməli olduğunu söyləyib. Onun sözlərinə görə, "Veto qoymaq hüququ qətlə yetirmək hüququna çevrilməməlidir".

Zelenski ən azı müharibə bitənə qədər Rusiyanın veto hüququndan məhrum edilməli olduğunu söyləyib: “Siz beynəlxalq təşkilatının qərar qəbul eləməsində iştirak edən təcavüzkardan izolyasiya olunmalısınız. Ən azı bu təcavüz başa çatana qədər”.

Zelenski müharibəyə başladığına, “minlərlə insanın qətli hesabına ərazi oğurlamaq cəhdinə” görə Rusiyanı cəzalandırmağı tələb edib: “Ukraynaya qarşı cinayət törədilib, biz də ədalətli cəza tələb edirik. Bizim dövlət sərhədlərimizin əleyhinə cinayət törədilib. Bizim xalqımızın həyatına qarşı cinayət törədilib”.

Zelenski Rusiyanın cəzalandırılması üçün xüsusi tribunla yaratmağı təklif edib: “Bu, bütün potensial təcavüzkarlar üçün siqnal olacaq – onlar sülhü qiymətləndirməli və bütün dünya qarşısında məsuliyyətə cəlb edilməlidirlər”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058022