Zelenski: “Si Cinpinlə görüşmək istəyirəm”

2023-02-25 18:10:00

Zelenski: “Si Cinpinlə görüşmək istəyirəm”

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski dünən keçirdiyi mətbuat konfransında çinli həmkarı Si Cinpin ilə ikitərəfli görüşkeçirmək istəyidini bəyan edib.

Zelenskiyə Ukraynadan geosiyasi cəhətdən uzaq olan ölkələrin meylini necə öz tərəfinə dəyişə biləcəyi soruşulub.

Zelenski deyib: “İlk növbədə Si Cinpinlə görüşməyi planlaşdırıram. Hesab edirəm ki, bu, bizim dövlətlərimizin və dünyada təhlükəsizliyin xeyrinə olardı. Çinlə bizim aramızda böyük ticarət dövriyyəsi mövcuddur.

Məsələ təkcə müharibə məsələsi deyil, həm də bizim bir dövlət kimi öz iqtisadi münasibətlərimizi qorumaqda maraqlı olmağımızdır”.

Zelenskinin sözlərinə görə, Çin ərazi bütövlüyünə hörmət bəslləyir və buna görə də, Rusiyanın Ukrayna ərazisini tərk eləməsi üçün hər şeyi etməlidir.

Zelenski qeyd edib ki, mülki vətəndaşları öldürmək və atom stansiyalarını zəbt eləmək olmaz və bu tezlislərlə hamı razılaşmalıdır.

Xatırladaq ki, bu həftə Çin XİN Rusiyanın Ukraynada apardığı müharibənin nizamlanması üçün öz ideyalarını əks etdirən “sülh planı”nı dərc edib. 12 bəndlik planda atəşin kəsilməsi və danışıqların bərpa edilməsi çağırışı edilir. “Yevropeyskaya pravda” nəşri planda konkret addımların göstərilmədiyini yazır.

Ukrayna Prezidenti Vladimir Zelenski Çinin “sülh planı”ndakə bəzi maddələr üzərində işləməyin mümkün olduğunu, lakin bəzi fikirlərlə razılaşmadığını söyləyib.

ABŞ Prezidenti Cozef Bayden isə Çinin təklif elədiyi planın reallaşmasının yalnız Rusiya üçün faydalı olacağını deyib.

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftə, Fransa Prezidenti Emmanuel Makron isə aprelin əvvəlində Çin Xalq Respublikasına səfər etməyə hazırlaşırlar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.212690