Saat:00:39
Haqqımızda

Zelenski şərt qoydu: “Putin getsə, mən də gedəcəyəm”

2022-08-09 16:00:00

Zelenski şərt qoydu: “Putin getsə, mən də gedəcəyəm”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski yalnız RF Prezidenti Vladimir Putinin də iştirak edəcəyi təqdirdə, payızda keçiriləcək “Böyük iyirmilik” sammitində iştirak edə bilər. Bu barədə açıqlamanı Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyaka BBC kanalına müsahibəsində verib.

Onun sözlərinə görə, Zelenski hesab edir ki, o, Ukrayna ərazisində qalmalıdır və onlayn format sayəsində istənilən sammitlərdə effektli şəkildə iştirak eləmək mümkündür.

Podolyak onu da qeyd edib ki, Putin sammitə gedəcəyi təqdirdə, Ukrayna nümayəndə heyəti orada olmağın zərurəti məsələsini nəzərdən keçirə bilər: “Çünki, Putinin istənilən yerdə, istənilən sammitdə varlığı dolayısı ilə tədbir təşkilatçılarının suveren dövlətə hücum edən Rusiyanın mövqeyini legitimləşdirməsi demək olacaq. Siz sanki qalan hər kəsə belə mesaj verirsiniz: “Baxın, biz belə hesab edirik ki, Rusiyanın bura gəlib uşaqları öldürməyə haqqı vardı. Bu işə belə yanaşmaq lazımdır”.

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin İndoneziyanın G-20 sammitində iştirak təklifini qəbul edib. Sammit 15-16 noyabr tarixlərində Bali adasında keçiriləcək.

Ukrayna Prezidenti Vladimir Zelenski də sammitdə iştirak təklifini qəbul edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR