Saat:03:01
Haqqımızda

Zelenski: Ruslar əsir düşməsin deyə koreyalıları öldürür

2024-12-28 17:15:37

Zelenski: Ruslar əsir düşməsin deyə koreyalıları öldürür

Ukrayna Prezidenti Vladimir Zelenski Çin rəhbərliyini Şimali Koreya hərbçilərinin Rusiya tərəfində döyüşlərə göndərilməsi məsələsində Pxenyan hökumətinə təsir göstərməyə çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib:

"Şimali Koreya hərbçilərinin böyük itkiləri var. Biz görürük ki, rus hərbçiləri və Şimali Koreya nəzarətçiləri onların sağ qalmasına qətiyyən maraqlı deyillər".

Zelenski ukraynalı hərbçilərin ağır yaralanan bir neçə koreyalını əsir götürdüyünü, amma onları reanimasiyaya gətirə bilmədiklərini iddia edib.

"Onlar hər şey eləyirlər ki, biz koreyalıları əsir götürməyək. Buna görə hətta onları öldürürlər, belə faktlar var", – deyə o qeyd edib.

Ukrayna lideri deyib ki, bu, diktaturaların edə biləcəyi dəliliklərdən biridir:

"Koreya xalqı Avropada döyüşlərdə öz insanlarını itirməməlidir. Buna xüsusən də Koreyanın qonşuları, o cümlədən Çin təsir göstərə bilər. Əgər Çin öz bəyanatlarında səmimidirsə, o zaman Pxenyana müvafiq təsir göstərilməlidir".

Bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158649