Zelenski Rusiyaya qarşı şərtlərini bir-bir sadaladı

2022-11-15 17:06:00

Zelenski Rusiyaya qarşı şərtlərini bir-bir sadaladı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İndoneziyanın Bali adasında keçirilən “Böyük iyirmilik” sammitinin iştirakçılarına videomüraciət edib.

Zelenski Ukraynadakı müharibənin dayandırılması şərtlərini sadalayıb.

Zelenskinin timsalında rəsmi Kiyev dünya ictimaiyyətini Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırması üçün konkret addımlar atmağa çağırıb.

Ukrayna Prezidenti deyib: “Əminəm ki, Rusiyanın dağıdıcı müharibəsinin dayandırılmalı olduğu və dayandırıla biləcəyi vaxt yetişib”.

O, müharibənin dayandırılması üçün zəruri şərtləri sadalayıb. Kiyevin təklifləri bunlardır: radiasiya və nüvə təhlükəsizliyi; ərzaq təhlükəsizliyi; bütün əsirlərin və deportasiya edilənlərin azad edilməsi; BMT-nin Nizamnaməsinin yerinə yetirilməsi; Ukraynanın ərazi bütövlüyünün və əmin-amanlığın təmin edilməsi; Rusiya hərbçilərinin çıxarılması və hərbi əməliyyatların dayandırılması; ekosidlə mübarizə; münaqişənin yenidən alovlanmasına yol verməmək; müharibənin başa çatmasının qeydə alınması.

Onun sözlərinə görə, Rusiya Ukraynanın ərazi bütövlüyünü təsdiqləməli, öz hərbi qüvvəsini ölkə ərazisindən çıxarmalı, eyni zamanda müharibə zamanı vurduğu zərərin əvəzini ödəməlidir.

O, həmçinin “müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementlərini gücləndirmək” və Rusiyanın yeni təcavüzünün qarşısını almaq üçün beynəlxalq konfrans təşkil etməyə çağırıb. Zelenski bildirib: “Müharibə əleyhinə bütün tədbirlər tətbiq edildiyi zaman tərəflər müharibənin başa çatması ilə bağlı sənəd imzalamalıdırlar”.

Zelenski deyib: “Biz Rusiyaya vaxt qazanıb gücünü artırmaq, ardından yeni terror və qlobal qeyri-sabitlik seriyasına başlamaq imkanı verməyəcəyik. Heç bir “Minsk-3” olmayacaq. Rusiya Minsk müqavilələrini imzalan kimi dərhal onları pozub”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.110109